Sabiq MSK katibi, Ali Məhkəmənin hakimi koronavirusdan vəfat edib
Yeni növ koronavirus infeksiyasında müalicə alan Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İnqilab Nəsirov vəfat edib.
Azvision.az -ın məlumatına görə, İ. Nəsirov bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Bundan əvvəl, 2003-cü ildə açıq ürək əməliyyatı keçirən hakimin vəziyyətinin kritik ağır olduğu bildirilirdi.
Qeyd edək ki, İnqilab Nəsirov 2003-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, 2004-2007-ci illərdə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi sədrinin müavini, 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb. 2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=159331