Zorlanan erməni əsgərinin hekayəti

30.01.2015 - 11:51

İstintaq erməni əsgər Haykaz Barseqyanın bir qrup əsgər yoldaşı tərəfindən öldürüldüyünü müəyyən edib. ANS PRESS-in məlumatına görə, daha öncə İrəvandakı təlim hərbi
hissələrinin birinin idman meydançasında ölü tapılmış Barseqyanın
intihar etdiyi düşünülürdü. O, turnikdən asılmış vəziyyətdə aşkar
edilmişdi.
İstintaq komitəsinin məlumatında bildirilir ki, meyit 06:35-də aşkar
edilib. Hadisə yerinə gəlmiş müstəntiqlər əldə edilmiş materiallar
əsasında anlayıblar ki, bu intihar deyil və bir qrup şəxs tərəfindən
həyata keçirilmiş qətldir. Müstəntiqləri detalları açıqlamasalar da əsgərin seksual zorakılığa
məruz qalması, daha sonra izi itirmək üçün öldürülməsi də cinayət
ehtimalları sırasındadır. Hələ ki, hadisə ilə bağlı həbs olunan yoxdur.
Amma əsgərin üzərindən tapılmış qalıqlar (saç, sperma və s.) DNT
analizindən keçirildikdən sonra nəticələr ilk növbədə Haykaz Barseqyanın
əsgər yoldaşlarınınkı ilə tutuşdurulacaq.
Əsgəri bu yolla cəzalandıra da bilərlər. Qeyd edək ki, Ermənistan
ordusunda bu cür cəza üsülü geniş yayılıb. Keçən il Azərbaycanın işğal
edilmiş ərazilərində üç erməni əsgər bir əsgəri bu cür cəzalandırmaq
istəyəndə atışma düşmüşdü və üç nəfər ölmüşdü. Vardenis (Basarkeçər)
rayonun Zod kəndində yerləşən hərbi hissənin komandiri onun işini
yoxlamağa gələn milli təhlükəsizlik işçisini zorlamışdı.
Orududa bu cür əməllər üzündən Ermənistanda homoseksuallıq kişilər
arasında 8 faizdir. Bu Hollandiya (3%) kimi ölkələrlə müqayisədə xeyli
yüksək göstəricidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=15934

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728