İcazəsiz xaricə gedən rəis müavini işdən çıxarıldı

30.01.2015 - 12:01

 

Bakıda rəis müavini işdən çıxarılıb. Hüquq-mühafizə orqanlarından “Report”a daxil olan məlumata görə,
Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis Bölməsinin (PB) rəsi
müavini, polis mayoru Bəhruz Əliyev vəzifəsindən uzaqlaşdırılıb.

Belə ki, B.Əliyev bölmənin rəisi Vidadi Qurbanov məzuniyyətdə olduğu
müddətdə xidmət yerini özbaşına tərk edərək xarici ölkələrdən birinə
istirahətə yollanıb. Daxili İşlər Nazirliyi (DİN) və Bakı Şəhər Baş
Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi məsələdən xəbərdar olan kimi
B.Əliyev vəzifəsindən çıxarılıb.

Artıq 36-cı bölməyə yeni rəis müavini də təyin edilib. Belə ki, buna
qədər 31-ci PB-də eyni vəzifədə çalışan Anar Həbibzadə 36-cı PB-nin rəis
müavini vəzifəsinə təyinat alıb.

DİN-in mətbuat xidməti 36-cı B.Əliyevin sərəncama göndərildiyini təsdiqləyib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15935

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728