Ukrayna şokda: 10 minlik ordu mühasirəyə düşdü, separatçılar ultimatum verir

30.01.2015 - 12:27

 

Donbasda yenidən qızışan döyüşlərdə Ukrayna ordusu dramatik vəziyyətə düşüb. Qondarma
“Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Zaxarçenko “Rossiya 24”
telekanalına müsahibəsində 10 minlik Ukrayna qoşun birləşməsinin
mühasirə həlqəsinə düşdüyünü açıqlayıb.

Onun sözlərinə görə, “Donetsk Xalq Respublikası”nın qüvvələri
Uqleqorsk şəhərini alandan sonra “katyol” praktiki olaraq bağlanıb. İndi
Ukrayna ordusunun mühasirəyə düşən hissələrinin silahı təhvil verib
getməkdən başqa yolu yoxdur.

A.Zaxarçenko Uqleqorsk şəhərinin hazırda “təmizləndiyini”, artilleriyanın işlədiyini, şəhərin cəmi bir günə alındığını bildirib.

“Bu gündən etibarən biz Debaltsovo “katyol”unu bağlayırıq. Mühasirə
həlqəsindən çıxmaq üçün yeganə yol var ki, o da bizim artelleriyanın
zərbələri altındadır. Yaxın iki-üç saat ərzində bu yolla geri çəkilməyə
cəhd edənlər bizim artilleriyanın hədəfi olacaq” -Zaxarçenko bildirib.

Separatçıların rəhbərinin dediyinə görə, “katyol”da 10 minə qədər
Ukrayna hərbçisi var. Bu, Ukrayna ordusunun döyüşkən hissəsinin praktiki
olaraq hamısı deməkdir. Mühasirəyə düşən hissələr Qorlovka və Lozovoye
istiqamətindən əks hücuma keçməyə cəhd etsə də uğursuzluğa düçar olaraq
geri çəkiliblər.

Ukrayna tərəfi isə hələlik mühasirə həlqəsinin daraldığını və orada
10 minə qədər hərbçinin qaldığını təsdiqləmir. Kiyev bildirir ki,
hazırda Debaltsovo şəhəri uğrunda döyüşlər davam edir və şəhər hələ
separatçıların nəzarətinə keçməyib. Buna baxmayaraq həmin istiqamətdə
separatçılar əlavə qüvvələr cəmləşdirirlər. Ukrayna Milli Təhlükəsizlik
Şurasının rəsmisi Lısenko bildirib ki, Debaltsovonun mühasirəyə düşdüyü
haqda deyilənlər yalandır və terrorçuların bu istiqamətdə hücuma keçən
qüvvələri darmadağın edilib, onlar çoxlu itkilər veriblər.

Xatırladaq ki, ötən ilin yayında da Rusiyadan dəstəklənən
separatçılar eyni taktika ilə Ukrayna ordusunun 10 minlik qoşun
birləşmələrini mühasirəyə almışdılar və onları böyük itkiyə məruz
qoyaraq geniş əraziləri ələ keçirmişdilər.

Mətbuat yazırdı ki, Ukrayna ordusunun iri qoşun birləşməsinin
mühasirəyə alınması məşhur sovet sərkərdəsi, marşal Jukovun Hitler
ordusuna qarşı şərqi Ukrayna cəbhəsində tətbiq etdiyi taktika əsasına
baş tutub. Jukovun Hitler ordusunun iri qoşun qruplaşmasının mühasirəyə
alınması ilə nəticələnən hücum taktikası Rusiya silahlı qüvvələrinin Baş
Qərargahında saxlanılır və tədris vəsaiti kimi istifadə olunur.(virtualaz.org)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15936

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728