Obamanı neftə görə cəzalandırırlar

30.01.2015 - 12:45

“Neft lobbisi Obamanı Rusiyaya qarşı sanksiyalara görə dollarla cəzalandırır”. ANS
PRESS-in məlumatına görə, belə bir iddia ilə ABŞ-ın neftqaz sahəsinin
problemləri üzrə yazan aparıcı analitik portalı “Oilprice.com” çıxış
edib.
ABŞ-ın energetika üzrə mütəxəssisləri
hesab edirlər ki, Obama Putinə qarşı qərəzli mövqe sərgiləyir və buna
görə də sağlam düşüncədən məhrumdur. Hətta ekspertlər Barak Obamanı
ölkənin milli maraqlarının pozulmasında da ittiham edirlər. “Oilprice”
nəşri məqaləsində Rusiyaya qarşı münasibətin Obama administrasiyasının
ən böyük xarici siyasət səhvlərindən biri olduğunu qeyd edir. Xüsusilər,
digər ölkələrin də Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə məcbur
edilməsi ABŞ-ın səhvi olaraq qiymətləndirilir. Bu vəziyyət isə Rusiyanı
Çinə çevrilməyə məcbur edir. 
Sanksiyaların
Amerikanı iqtisadi və hərbi cəhətdən zəiflətdiyi deyilir. Həmçinin,
Rusiya ilə Çinin yaxınlaşması və böyük layihələrin həyata keçirməsi
artıq Avropa və ABŞ-ı narahat etməyə başlayıb. Belə ki, Çin artıq Rusiya
iqtisadiyyatına 242 milyard dollar investisiya qoymağı planlaşdırır. Sanksiyalar
isə sadəcə qərb ölkələrinin planlarına zərbə vurur. İndi Rusiya özünə
Çində və başqa Asiya ölkələrində partnyorlar seçir. Nəticədə isə qərb
ölkələri Rusiya ilə iş imkanlarından məhrum olurlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=15938

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728