Bakıda lüks avtomobillə qəza törədən şəxs iş adamının oğludur – TƏFƏRRÜAT (FOTO)

07.01.2021 - 10:44

Bakıda lüks avtomobilin iştirakı ilə baş verən qəzaya görə bir çox qaranlıq məqamlar üzə çıxıb. Lüks avtomobilin sürücüsünün qırmızı işıqda keçməsi iddia olunsa da kamera görütüləri yoxdur.

Musavat.com xəbər verir ki, qəza hadisəsi 2019-cu ilin aprel ayında Binəqədi rayonu ərazisində baş verib.

90 ND 064 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 10 PP 122 dövlət nömrə nişanlı “Audi” markalı avtomobil toqquşub.

“Mercedes”in sürücüsü Nəriman Hacıyevdir. “Audi”nin sürücüsünün isə Cəfərli Əsəd Vüqar oğlu olduğu bildirilir.

İlkin araşdırmanın nəticəsində göstərilir ki, qəzanın baş verməsinə səbəb Nəriman Hacıyevin yol hərəkəti qaydasını pozmasıdır. Nəriman Hacıyev isə deyir ki, digər sürücü işıqforun qırmzı işığında keçib və qəzanın baş verməsinə səbəb olub.

Hadisə baş verən ərazidə təhlükəsiz şəhər kamerası (TŞK) var. Lakin kamera görütülərini əldə etmək mümkün deyil.

Əsəd Cəfərlinin idarə etdiyi lüks avtomobilə 60 min manat maddi zərər dəyməsi ilə bağlı ekspertiza rəyi var.

Nəriman Hacıyev isə bu rəylə razılaşmır və zərərçəkənin özü olduğunu bildirir.

Hadisənin təfərrüatı ilə bağlı növbəti yazıda məlumat verəcəyik. Əldə etdiyimiz məlumata görə, Əsəd Cəfərli tanınmış iş adamlarından birinin oğludur. Lüks avtomobil də onlara məxsus şirkətin balansında olub.

İşin digər qaranlıq məqamı isə lüks avtomobilin sürücüsünün kimliyi ilə bağlıdır. Belə ki, Nəriman Hacıyev qeyd edir ki, qəzanı törədən sürücü gənc və arıq bir oğlan olub. Lakin sonra başqa sürücü ortaya çıxıb.

Hadisənin təfərrüatları ilə bağlı növbəti yazıda daha ətraflı məlumat verəcəyik.

photo_2021-01-07_10-02-17.jpg (134 KB)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=159390

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031