Fransada islam yenə təhqir olundu – namazqılanı qadın dikdabanına bənzətdilər

30.01.2015 - 13:26

 

Fransada müsəlmanların dini hislərinə toxunulan daha bir
addım atılıb. Belə ki, paytaxt Parisdə keçirilən sərgidə əlcəzair
əsilli fransız Zuleyxa Bubdellanın В«SakitlikВ» adı altında üzərinə
dikdaban ayaqqabı qoyulmuş bir neçə canamazı təqdim olunub (Müsəlmanlar
canamazın üstündə ayaqqabı ilə durmurlar).

В«İslam Təşkilatı İttifaqıВ»nın rəhbərliyi
bu işi müsəlmanların təhqirinə doğru daha bir addım adlandırıb. Qurumun
xəbərdarlığından sonra В«sənət əsəriВ» artıq  sərgidən götürülüb.

Təəssüf ki, Qərb dünyasında müsəlmanların
dini inanclarına toxunaraq onları provokasiyaya çəkməkdə davam edir.
Danimarkalı jurnalistin İslam Peyğəmbərinin karikutarısını çəkməyi ilə
başlayan bu addım, sonralar bir çox Avropa ölkələrində davam etdi.

Bu yaxınlarda artıq dərcinin
dayandırılması düşünülən В«Şarli EbdoВ» jurnalının redaksiyasına da
hücumlar oldu və bu İslam Peyğəmbərinin karikaturası ilə
əlaqələndirildi.  Qeyd edək ki, şübhəli məqamlarla yadda qalan bu hücumdan sonra əziyyət çəkən yenə müsəlmanlar oldu.

Fransada müsəlman şurası islamafobiyanın
artdığını  və məlum hadisədən sonra müsəlmanlara, dini müəssisələrə,
məscidlərə qarşı 100 dən çox hücumun həyata keçdiyini bəyan edib.(faktxeber.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=15941

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930