Azərbaycan əsilli milyarderlər Rusiyada “kral” elan edildi

30.01.2015 - 13:33

“Forbes” jurnalı Rusiyanın kommersiya təyinatlı daşınmaz
əmlak biznesindən ən çox gəlir əldə edən 30 biznesmeninin növbəti illik
reytinqini yayıb. Bu siyahıya
daşınmaz əmlakın icarəyə verilməsindən rekord məbləğlərdə gəlir əldə
edən biznesmenlər daxildir. Və siyahıya artıq üçüncü ildir ki,
Azərbaycandan olan milyarderlər – Qod Nisanov və onun biznes ortağı
Zarah İliyev liderlik edir.

Jurnal 2014-cü ildə daşınmaz əmlakın icarəyə verilməsindən 1,4
milyard dollar gəlir əldə edən Nisanovu və İliyevi “daşınmaz əmlak
kralı” elan edib.

Bu siyahıya 2011-ci ildə digər nüfuzlu azərbaycanlı biznesmen Araz
Ağalarov liderlik edirdi. Lakin Nisanov və İliyev 2011-ci ildə Ağalarovu
liderlikdən sıxışdırdılar.

“Forbes” bildirir ki, Nisanov və İliyevin “Kiyevskaya ploşad” şirkəti
çoxsaylı daşınmaz əmlak aktivlərinə, o cümlədən “Food City” ticarət
mərkəzinə, “Radisson Royal” otelinə, “Yevropeyski” ticarət mərkəzinə
malikdir. Qeyd edək ki, digər azərbaycanlı biznesmen, prezident Vladimir
Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimov da “Kiyevskaya
ploşad” şirkətinin ortağıdır. Ancaq “Forbes” onun adını Nisanov və
İliyevlə yanaşı “krallar” siyahısında çəkmir.

Siyahıda ikinci yeri erməni biznesmen Samvel Karapetyan tutur. Onun
“Taşir” şirkəti icarə biznesindən 1,08 milyard dollar təmiz gəlir əldə
edib.

3-cü yerdə İnqvar Kampard və ailəsinin “İKEA Mos” şirkətidir – 790
milyon dollar. İnquş əsilli milyarder Mixail Qutseriyev və qohumları
Sait-Salam Qutseriyev, Mixail Şişxanov isə daşınmaz əmlak icarəsi
biznesindən 615 milyon dollar gəlir əldə edinlər.

5-ci yerdə Alixan Mutsoyev, Amiran Mutsoyev və Amirxan Moridir. Onların “Regionı” şirkəti 520 milyon dollar gəlir əldə edib.

6-cı pillədə Boris Mints, Aleksandr Nesis və “Goldman Sachs” şirkəti qərarlaşıb – 494 milyon dollar.

7-ci yeri türkiyəli tikinti maqnatı Şarık Tara və oğlu Sinan Tara
(412 milyon dollar gəlir), 8-ci yeri Araz Ağalarov (370 milyon dollar
gəlir), 9-cu yeri Aleksandr Svetkov (364 milyon dollar), 10-cu yeri isə
Aleksey Xotinlə Yuri Xotin (320 milyon dollar) tuturlar. (virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=15942

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728