Sabunçuda avtobus sürücülərinin etirazı

30.01.2015 - 13:44

Yolun bərbadlığı üzündən avtobuslar son
dayanacağa getməkdən imtina edir. Bu vəziyyət daha çox sakinləri
narahatlığına səbəb olub. Sabunçu rayonunun, Ramana qəsəbəsinə
xidmət göstərən 49 saylı sərnişin avtobusunun sürücüləri, marşurutun son
dayanacağına, yəni Qəzənfər Əfəndiyev küçəsinə getməkdən imtina edir.
Səbəb isə həmin istiqamətdə yolların bərbad olmasıdır. Deyirlər yollarda
o qədər çuxurlar var ki, hərəkət etmək mümkün deyil: “Hələ yağış
yağanda vəziyyət daha dözülməz olur. Yolun asfalt qatı tamamilə sıradan
çıxıb. Qazancımızın da yarısı avtobusun təmirinə gedir”.
Az keçmədən ərazidə yaşayan sakinlər də
sürücülərin etirazına qoşulub. Onlar bildiriblər ki, bu, sürücülərin
yolla bağlı ilk narazılığı deyil. “23 nömrəli sərnişin avtobusu yolların
bərbad olması səbəbindən fəaliyyətini dayandırıb. İndi 49 nömrəli
avtobus da fəaliyyət göstərməkdən imtina edir. Bizə bildirirlər ki,
yollarınız bərbad vəziyyətdədir işləyə bilmirik. Aidiyyəti qurumlara
şikayət edin, yollarınızı təmir etsinlər, ondan sonra biz də çalışaq” ,–
deyə şikayətçi Ülkər Məhərrəmova bildirib.
“Yollarımız tamamilə dağılıb. Asfalt elə
vurublar ki, indi asfaltdan əsər- əlamət qalmayıb. Asfaltın altında olan
hər şey üzə çıxıb, pis vəziyyətdədir yollarımız”, – deyə digər
şikayətçi Novruz Nəsibov vurğulayıb. Sakinlərin sözlərinə görə, sonuncu dəfə
bu yol bir neçi il bundan əvvəl təmir edilib. O vaxt kanalizasiya
xətlərində yaranan problemlər yolu sıradan çıxarıbmış. Amma vurulan
asfalt qatı bir neçə ay tab gətirib. Deyirlər ki, dəfələrlə Sabunçu
Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Amma gəlib maraqlanan yoxdur.
Bu zaman əraziyə 49 nömrəli marşurutun
dispetçiri də gəlib. O, yollar təmir olunmadığı təqdirdə, marşrutların
xətdə buraxılmasının mümkün olmayacağını bildirib. “Avtobusar yarasız hala düşür. Maşınlar
bir dövrə vurduqdan sonra ikinci dövrədə məcburən avtobus parkına təmirə
gedir. Təkrar təmir olunur ki, xəttə çıxsın. Məsələn, səhərə sürücü
tapıb işlədə bilmirəm. Sürücü evinə pul apara bilməyəndən sonra səhər
mən onu işə yaza bilmirəm. İstər-istəməz nəticədə sərnişinlərlə problem
yaşanır. Biz də insanıq. Əgər aidiyyəti qurumlar bununla bağlı lazımi
bir tədbir görməsəslər, burda işləmək qeyri-mümkündür”, – deyə 49 saylı
marşrutun dispetçeri Nizami İbrahimov qeyd edib.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra
Hakimiyyətindən bildirdilər ki, artıq Qəzənfər Musabəyov küçəsilə
yanaşı, daha iki küçədə yolun təmir edilməsilə bağlı “Azəryolservis”
ASC-ə müraciət edilib. Yaxın bir neçə gündə problemlə bağlı işlərə
başlanılacaq. (ANS)
 

Short URL: http://www.cumhuriyyet.net/?p=15943

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728