Prezident Administrasiyası məmurlarının yaşadığı binada yanğın…
məmurlarının və tanınmış şəxslərin yaşadığı binada yanğın baş verib.
Yanğının miqyası çox böyük olmasa da sakinlər ciddi təhlükə ilə
üzləşiblər.
Azərbaycandakı nümayəndəliyinin inzibati binası ilə yanaşı olan
binadakı yanğın dünən saat axşam 18:30 radələrində baş verib.
belə sakinlər ciddi təhlükə ilə üzləşiblər. Belə ki, 3-cü mərtəbədən
yuxarıda yaşayan sakinləri təxliyə etmək mümkün olmayıb.
lövhəsi binanın çıxışında, pilləkənin yanında quraşdırıldığından
sakinlərin yanğın zamanı bu nərdivanlardan istifadə etməsi mümkün
olmayıb.
işləməyib. Bina sakinləri məcburiyyətdən evlərindən çölə çıxmayıb.
Binanı qatı zəhərli tüstü bürüyüb. Sakinlər yalnız balkonlara çıxmaqla
hava ala biliblər.
təhlükə yaşanıb. Yanğınsöndürənlər alova bürünmüş elektrik naqillərini
su şırnağı ilə söndürməyə çalışıb. Bu zaman köpük əvəzinə sudan istifadə
olunub ki, bu da naqillərdə bir neçə dəfə partlayışın baş verməsi ilə
nəticələnib.
edək ki, binada bütün təmir-tikinti və istismar işləri “AZİMPORT” MMC
şirkəti tərəfindən reallaşdırılır. Yanğın söndürüləndən sonra şirkət
elektrik lövhələrinin yerini dəyişib. Lakin lövhələr bu dəfə də binanın
birinci mərtəbəsində quraşdırılıb.
ki, bi bina vaxtilə “Mərkəzi Komitənin binası” kimi tanınıb. Orada bir
vaxtlar Heydər Əliyev, Kamran Bağırov, Ayaz Mütəllibov, Əbdürrəhman
Vəzirov, Ramiz Mehdiyev və sovet partiya-təsərrüfat nomenklaturasının
digər məşhur nümayəndələri yaşayıblar.
Onu
da qeyd edək ki, bu bina hazırda da Bakının ən prestijli binalarından
sayılır. Burada ölkənin tanınmış şəxsləri yaşayır. Onların arasında
Prezident Administrasiyasının işçiləri, deputatlar, həmçinin sabiq
müdafiə və daxili işlər naziri Tahir Əliyev, sabiq daxili işlər naziri
İsgəndər Həmidov və digərləri var.
bina və onun ətrafındakı digər binalar hazırda hüquq-mühafizə orqanları
tərəfindən ciddi nəzarətdə saxlanılır. Bu binaların olduğu məhəlləyə
sakinlərdən başqa heç kəs icazəsiz buraxılmır.
Short URL: http://www.cumhuriyyet.net/?p=15946