“Azenerji”də büdcə talanı
Rayonlarda fəaliyyət göstərən Elektrik
Şəbəkələri idarələri vətəndaşlara verilən elektirki kəsərək dövlətin on
minlərlə manat vəsaitini bu yolla mənimsəyirlər
Rayonlarda fəaliyyət göstərən Elektrik
Şəbəkələri idarələri vətəndaşlara verilən elektirki kəsərək dövlətin on
minlərlə manat vəsaitini bu yolla mənimsəyirlər
Ötən
əsrin 90-cı illərində rayonlarda elektrik kəsintisi adi hal olsa da, tədricən
yeni tikilən Elektrik Stansiyaları vasitəsi ilə ölkədə elektrik istehsalı
artırıldı və 2000-ci illərdən başlayraq rayonlarda elektrik kəsintisi ortadan
qaldırıldı. Lakin son zamanlar demək olar ki, bütün rayonlarda yenidən elektrik
kəsintiləri meydana çıxır. Rayonlarda adətən hər gün təqribən 5 saatdan artıq
elektrik kəsintiləri olur və bu elektrik kəsintiləri ayrı-ayrı kəndlərdə
ayrı-ayrı vaxtlarda həyata keçirilir.
Bu
barədə daxil olan şikayətləri araşdırdığımız zaman isə məlum oldu ki, hər gün
rayonlarda həyata keçirilən elektrik kəsintiləri mərkəzləşdirilmiş qaydada
həyata keçirilir və bunda məqsəd “Azərenerji” ASC-nin bəzi vəzifəli şəxslərinin
vəsait mənimsəməsidir. Yəni faktiki “Azərenerji” ASC-nin bəzi məmurları öz
ciblərini doldurmaq məqsədi ilə vətəndaşlara əziyyət verirlər.
“Azərenerji”
ASC ilə bağlı daxil olan məlumata görə adı çəkilən qurumun rayonlarda fəaliyyət
göstərən Elektrik Şəbəkələri idarələri vətəndaşlara verilən elektirki kəsərək
hər ay dövlətin on minlərlə manat vəsaitini bu yolla mənimsəyirlər. Məlumatda
göstərilir ki, adətən hər bir rayonun hər bir kəndində 50 dən çox evə sayğac
quraşdırılmır. Bu isə hər bir rayonda ümumilikdə 2-3 mindən artıq abunəçinin
işıq pulunu dövlətə deyil, ayrı-ayrı məmurlara ödəməsi deməkdir. Sayğacsız
evlərin ödəməsi isə bir qayda olaraq əldən-ələ olur və bir evdən minimum 30-35
manat ödəmə alınır. Bunun müqabilində isə həmin evlər elektrik enerjisindən
limitsiz istifadə edirlər. Bildirilir ki, elektrik enerjisindən limitsiz
istifadə edənlər bir qayda olaraq daha imkanlı şəxslər olur və onların aylıq
elektrik sərfi minimum 150-200 manat arasında, bəzən isə daha artıq olur.
Bundan başqa bir çox məişət obyektlərinə və özəl obyektlərə də əlavə qanunsuz
xətlər çəkilir ki, həmin məişət obyektləri və özəl obyektlər də elektrik enerjisindən
limitsiz istifadə edirlər. Bunun müqabilində isə təqribən sərf etdikləri
elektrik enerjisinin 30-40 faizi həcmində nəqd ödəniş həyata keçirirlər.
Daxil
olan məlumatda göstərilir ki, “Azərenerji” ASC-də sayğacsız evlərdən və
obyektlərdən yaranan “sərfiyyatı” ört basdır etmək məqsədi ilə hər gün
rayonlarda 5 saata qədər işıqları söndürür və bu yolla qanunsuz sərfiyyatı
ortadan qaldırırlar. Bundan başqa rayon Elektrik Şəbəkələrinin müdirləri
qanunsuz sərfiyyatın bir hissəsini də rayon mərkəzlərində parkların,
xiyabanların, dövlət obyektlərinin və binaların işıqlandırılması adı altında
silirlər ki, bu da hər ay onlara əlavə olaraq 30-35 min manatdan artıq gəlir
gətirir.
Məluamt
“Azərenerji” ASC-nin rayonlardakı Elektrik Şəbəkələri idarələrinin başqa bir
maliyyə maxinasiyası isə naqillərin dəyişdirilməsidir. Məsələn 2013-cü il
“Azərenerji” ASC-nin rayonlarda milyon metrlərlə elektirik naqilinin
dəyişdirilməsi ilə bağlı hesabatlar var. Halbuki rayonların işıq İdarələrində
naqillərin cəmi 10 faizi dəyişdirilib yaxud təmir olunub. Mənbə idda edir ki,
“Azərenerji” ASC-də hər il milyon manatlarla vəsaitin silinməsinə və külli
miqdarda elektrik enerjisinin sərfiyyatının mənimsənilməsinə adı çəkilən
qurumun vitse prezidenti Marlen Əsgərov nəzarət edir. Elektrik Şəbəkələri
müdirlərinin maxinasiyalarına bir başa nəzarət edən vitse prezident buna görə
idarə rəhbərlərindən hər ay “hesab” toplayır. Marlen Əsgərova isə bu
səlahiyyəti birbaşa “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin
göstərişi ilə verildiyi qeyd olunur. Hər ay ümumilikdə ölkə həcmində toplanan
vəsait isə milyon manatlarla olur.
Yəni
faktiki olaraq bu gün “Azərenerji” ASC-nin vəzifəli şəxsləri dövlət
müəssisəsini özlərinin qanunsuz biznesinə çevirərək əhaliyə əziyyət verməklə
böyük gəlirlər əldə etmiş olurlar.
Şahin Turan
Short URL: http://www.cumhuriyyet.net/?p=15947