SOCAR-ın “Avro 3” və “avro 4” fırıldağı

02.04.2014 - 10:14

SOCAR-ın “Avro 3” və “avro 4” fırıldağı

Benzinin qiymətini qaldırmağa hazırlaşırlar; Neft Emalı Zavodu yeni standarta keçdiyini bəyan etsə də ARDNŞ-ın fantastik qiymətə aldığı qurğular fəaliyyətsiz qalıb; Rövnəq Abdullayev “Avro-4” standartlı yanacağı ölkəmizə xaricdən gətirdir 
2013-cü il dekabrın 2-də benzinin qiymətinin artırılması belə əsaslandırıldı ki, SOCAR yanacaq istehsalında “Avro 3” standartına keçir və bu da benzinin maya dəyərini avtomatik olaraq artırır. Ekspertlər isə bildirirdilər ki, hətta “avro 3” standartına keçid bahalaşmaya əsas vermirdi. Ancaq fakt ondan ibarətdir ki, bu cür “əsaslandırma” ilə benzinin qiyməti qaldırıldı. Hələ o zaman elan edilmişdi ki, 2014-cü il aprelin 1-dən “Avro 4” standartına keçiləcək. 
Düzdür, aprelin 1-dən ölkəyə gətirilən avtomobillər üçün “Avro 4” standartı tətbiq olundu. Yəni bundan sonra həmin standarta uyğun olmayan avtomobillərin idxalına icazə verilməyəcək. 
Ancaq gülməli bir durum yaranıb; ölkəyə yalnız “Avro 4” standartlı maşınların gətirilməsinə icazə verildiyi halda, SOCAR “avro 4” standartına uyğun gələn benzin istehsal edə bilmir. Bu məlumatı redaksiyamıza verən SOCAR-da çalışan şəxs bildirib ki, heç ölkədə “Avro 3” standartına da uyğun gələn benzin istehsal edilməsi mümkün olmayıb: “SOCAR ötən ilin ortalarında “Avro 3” standartlı benzin istehsalını təmin edən qurğular almağa başladı. Əslində həmin qurğuların alınması zamanı böyük maxinasiyalara yol verilib. Avropada 20-30 min avro civarında olan qurğuları, cihazları ARDNŞ kağız üzərində 150-200 min avroya alıb. Acınacaqlısı isə odur ki, həmin qurğular artıq tam istifadəsiz qalıb. Çünki əksəri keyfiyyətsiz idi, indi isə “avro 4” standartına rəsmən keçilib. Yəni həmin malların alınması sadəcə pul silmək üçün idi. 
Heç Neft Emalı Zavodunda “Avro 3” standartlı benzini əldə edə bilmədilər. Yalnız xüsusi qatqılarla yanacaqdoldurma məntəqələrində satılan benzinin rəngini dəyişdilər, elədilər qırmızı rəngdə. Bundan sonra əksər avtomobillərin yanacaq sistemi (xüsusilə injektor) sıradan çıxdı, çünki qırmızı rəng benzinin istehsalı zamanı əldə olunan nəticə deyildi, sadə dildə desək, “kraska” idi. SOCAR məcbur olub “Avro 3” standartlı benzini xaricdən, əsasən Rumıniyadan alırdı, burada de-fakto köhnə qaydada – “avro 2” standartlı yerli istehsala qatıb satırdılar. İndi isə ölkədə ümumiyyətlə saxta da olsa “Avro 4” benzin istehsal etmək mümkün deyil. 
Məcburdurlar ki, “avro 4″ü xaricdən alsınlar. Məsələ odur ki, “Avro 4” standartlı maşınlar SOCAR-ın istehsal etdiyi keyfiyyətsiz yanacaqla işləyə bilməyəcək, sıradan çıxacaq. İndi çox qəribə bir durum yaranıb; Azərbaycan “avro 4” standartı tətbiq edir, amma ölkədə həmin standartda yanacaq istehsalı mümkün deyil. Hazırda SOCAR Rumıniyadan “Avro 4” benzin alıb daşımaqla yaranmış əcaib durumdan çıxmağa çalışır. Ancaq neft ölkəsinin xaricdən “avro 4″ alması gülünc görünməklə yanaşı, həm də dövlətin pullarını göyə sovurmaqdır. Bu standartlar kor-təbii şəkildə, iqtisadi əsaslandırması və uyğun şərait olmadan tətbiq edildiyi üçün hazırda qeyd edilən absurd durum yaranıb”.
Mənbəmiz bildirdi ki, “Avro 4” standartına keçidlə əlaqədar hazırda SOCAR benzin istehsalını 70 faiz dayandırıb: “Ölkədə benzin qıtlığının yaranması da istisna deyil. Eyni zamanda yaranmış fürsətdən istifadə edərək, benzini yenidən bahalaşdıra da bilərlər”.(musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=15955

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930