İndoneziyada “Boeing” qəzası qurbanlarının meyitləri aşkarlandı FOTO

10.01.2021 - 11:22

İndoneziya xilasediciləri qəzaya uğramış “Boeing 737-524”-də həlak olmuş insanların meyitlərinin qalıqlarını aşkar ediblər.

“Report” “Detik” portalına istinadən xəbər verir ki, bu barədə paytaxtın hüquq-mühafizə orqanları idarəsinin nümayəndəsi Umar Şahab bildirib.

“Təxmin edilir ki, meyitlərin qalıqları sahilə çatdırılıb və artıq meyitxanaya göndərilib. Orada onların DNT analizləri aparılacaq və nəticələr daha əvvəl qohumlardan götürülmüş analizlərlə tutuşdurulacaq”, – o, “Detik” portalına bildirib.

Bundan başqa, İndoneziyanın Hərbi Dəniz Qüvvələri qəzanın baş verdiyi əraziyə 10 gəmi və təxminən 40 dalğıc göndərəcək.

Ötən gün İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus sərnişin təyyarəsi Cakarta yaxınlığında suya düşüb. Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, 65 nəfər olub. Onların hamısı qəzada həlak olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=159567

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728