Tibb Universitetində “nurçu müəllimlər” qalmaqalı

03.04.2014 - 16:05

Tibb Universitetində “nurçu müəllimlər” qalmaqalı

Tibb Universitetində “nurçu müəllimlər” qalmaqalının yaşandığı haqda məlumat yayılıb
Cərrahiyyə kafedrasının yeni binasında tələblər dərsə girməkdən imtina ediblər. Məlumatına görə Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov tərəfindən 2013-cü ilin sentyabrında Tibb Universitetinə Türkiyədən müəllimlər dəvət olunub.
Lakin bu gün Cərrahiyyə kafedrasına dərs deməyə gələn müəllimlər burada dini və siyasi təbliğatla məşğul olduqlarından tələblər onların dərsinə girməkdən imtina ediblər.
Mənbənin məlumatına görə Türkiyədən gələn müəllimlər dərsdə siyasi çıxışlar edərək, tələbələri Türkiyənin baş naziri Ərdoğan əleyhinə yönəldir və bu fikirlərə qarşı olan gənclər sıxışdırılır.
Cərrahiyyə kafedrasına dəvət olunan 12 müəllimin dərsinə girməkdən imtina edən tələblər bu müəllimlərin onlara tibb yox dini və siyasi dərs verdiklərini açıqlayıblar.
Xatırladaq ki,Akademik Əhliman Əmiraslanov Milli Məclisin deputatı kimi Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının sədridir. (azerinfo.org)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=15963

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031