“Uşağım ac qalanda qapımı döyüb yemək vermisiniz?” – prodüser Vüsalə əsəbiləşdi

11.01.2021 - 15:23

“Yaşar və ayrıldığı həyat yoldaşı bir tərəfdə qalıb, insanlar məndən yazırlar, qəribədir. Nə istəyirsiniz? Siz məni tanımadan həyatıma niyə burnunuzu soxursunuz? Sizə bu icazəni kim verib?”

Musavat.com xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Kərimova sosial şəbəkədə yazıb. Teleaparıcı onu müğənni Yaşar Cəlilovun ailəsini dağıtmaqda ittiham edənlərə cavab verib:

“Bu, mənim həyatımdır və necə yaşayacağımı özüm bilərəm. Yaxşım da, pisim də mənə məxsusdur. Mən, uşağım ac qalanda qapımı döyüb yemək vermisiniz? Yaşarın özü və ailəsi bilər. Mənim dərdim sizə təsir edir? Nə istəyirsiniz? Düşünürsünüz ki, sizin təhqiramiz ifadələriniz həyatıma son qoyacaq?
Bu olmayacaq, bunu görməyəcəksiniz.

Elə bilirsiniz ki, düşmənlərimi tanımıram?! Onlar mənim həmkarlarımdır. Mən Yaşar Cəlilovla on ildir işləyirəm. Yaşar Cəlilov illər əvvəl efirə çıxanda ciblərinə 200 manat basırdı. Mən bunun qarşısını aldım. Pul versəydim yaxşı adam olacaqdım. Yaşar və Vüsalənin həyatı sizi bu qədər maraqlandırır? Biz həyatımızdan məmnunuq. Sizə nə düşüb? Kim-kim ilə evləndi, boşandı, sabah kimlə ailə quracaq. Sizə nə? Ürəyim istəyər ailə quraram, həyatımı sıfırdan başlayaram. Sizə nə ay bədbəxtlər?”

Qeyd edək ki, Vüsalə Kərimova aparıcı Yaşar Cəlilovun prodüseridir.

Short URL: http://www.cumhuriyyet.net/?p=159644

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728