“ELNUR ASLANOV MÜƏMMASI”NIN PƏRDƏARXASI

04.04.2014 - 10:35

“ELNUR ASLANOV MÜƏMMASI”NIN PƏRDƏARXASI

Baş nurçunu işdən çıxartdıran da, işə təyin etdirən də anası olub!
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov yenidən vəzifəyə təyin olunması son ayların ən gözlənilməz hadisələrindən biri oldu. Məlim olduğu kimi, E.Aslanov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən uzaqlaşdırıldıqdan təxminən 2 həftə sonra – aprelin 2-də Rabitə və Yüksək Texnologiyalar Naziriliyinin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
E.Aslanov onun “Gülən camaatı” ilə əlaqələrini təsdiq edən bir sıra gizli sənədlərin yayılmasından sonra vəzifəsindən azad olunmuşdu. Prezidentin sərəncamında istefaya göndərilmənin səbəbi haqda heç nə yazılmasa da, E.Aslanovun məhz “Gülən camaatı” ilə əlaqələrinə görə işdən çıxarıldığı şübhə doğurmurdu. Elə isə nə baş verdi ki, o, 2 həftə sonra yenidən vəzifəyə təyin olundu?
Verilən məlumata görə, həqiqətən də E.Aslanov nurçularla əlaqələrinə görə hədəfə gəlsə də, onun işdən çıxarılması kimi radikal qərarın verilməsində anasının – deputat Rəbiyyət Aslanovanın da rolu olub. Belə ki, məmur vəzifəsini daşıyan E.Aslanovun işdən çıxarılmazdan az əvvəl anası müsahibə verərək onu “güclü siyasətçi” kimi təqdim etmiş, üstəlik də bunu elə oğlunun dilindən söyləmişdi. R.Aslanova belə demişdi: “Bu, artıq növbəti bir mərhələdir. Bundan əvvəl eyni məsələ olmuşdu. Elnurla bu barədə söhbət edəndə o, çox gözəl və məni sevindirən bir söz dedi. Söylədi ki, ana, sən bu məsələlərə qarışma, sənin öz mövqeyin var, orda çalışırsan, mənim də öz mövqeyim.
Biz evdə ana-balayıq, ancaq biz siyasətçilərik, mənim sənin köməyinə və məni müdafiə etməyinə heç bir ehtiyacım yoxdur, mən özüm-özümü müdafiə etmək iqtidarında olan birisiyəm.
Bu, bir ana kimi məni çox sevindirdi. Başa düşdüm ki, ana olaraq həmin səddən o yana keçmək mümkün deyil və buna ehtiyac da yoxdur. Vətəninə, xalqına, dövlətinə sədaqətli bir övlad böyütdüyümə görə qürur hissi yaşadım.
Bilirəm ki, ona qarşı yönələn təhdidlərə sinə gələ bilən GÜCLÜ SİYASƏTÇİDİR. Ona görə də onun işinə qarışmıram”.
Bizə verilən məlumata görə, R.Aslanovanın məmur oğlu barəsində bu təqdimatı Prezident İlham Əliyevin qərarını qətiləşdirən əsas amil olub. Təsadüfi deyil ki, E.Aslanov vəzifəsindən uzaqlaşdırılsa da, Prezident Administrasiyasındakı digər nurçular işlərinin başında qaldılar və indi də qalırlar. Bu fakt onu sübut edir ki, E.Aslanovun vəzifəsindən uzaqlaşdırılması sırf nurçu məsələsi ilə bağlı olmayıb.
Maraqlıdır ki, E.Aslanovun işdən çıxarılması kimi, yenidən vəzifəyə qaytarılmasında da R.Aslanovanın rolu olub. Bizə verilən məlumata görə, bu 2 həftə ərzandə R.Aslanovanın döymədiyi qapı, xahiş-minnətə getmədiyi adam qalmayıb.
Ramiz MCənab Aslanovun işə qaytarılması isə Ramiz Mehdiyevin tapşırığı əsasında reallaşıb. Məlumatlı mənbə əməkdaşımıza bu xüsusda son dərəcə maraqlıl təfərrüatı paylaşıb. Məlumata görə, E.Aslanovun daha yüksək vəzifəyə təyin olunması haqda göstəriş olub. Belə ki, Ramiz Mehdiyev nazir Əli Abbasova göstəriş verib ki, Aslanovun ona müavin təyin olunması haqda təqdimat versin. Lakin Əli Abbasov “Prezidentin işdən çıxardığı adamla bağlı belə bir təqdimat verə bilmərəm”, deyə bundan imtina edib. Belə olduqda Aslanovun indiki vəzifəsinə təyin olunması məsələsi razılaşdırılıb.
Bütün bunlara baxmayaraq, E.Aslanovun yenidən vəzifəyə qaytarılması üçün Prezidentin razılığının alındığı şübhə doğurmur. Əli Abbasov İlham Əliyevdən razılıq almadan heç vaxt belə bir təyinata imza ata bilməzdi. Görünür R.Aslanovanın 2 həftəlik əfv diləklərindən sonra Prezidentin də mövqeyi yumşalıb. (azpolitika.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=15966

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930