Rövnəq Abdullayevin qohumu “Volkswagen”in satış mərkəzlərini aldı

04.04.2014 - 16:41

Rövnəq Abdullayevin qohumu “Volkswagen”in satış mərkəzlərini aldı

“Volkswagen”in Fransadakı satış mərkəzləri Anar Əliyevin adına sənədləşdirilib
ARDNŞ ( SOCAR) Fransada   Almaniyanın məşhur   “Volkswagen”  avtomobil  şirkətinə məxsus  7 satış mərkəzini alıb. Avropa.info-nun  SOCAR-dakı mənbədən aldığı məlumata görə, alınan satış mərkəzləri  ARDNŞ-in  əsas tərəfdaşı olan Socar Trading SA şirkətinin adına sənədləşdirilib. Qeyd edək ki, adı çəkilən şirkətin rəhbəri  ARDNŞ prezidenti Rövnəq Abdullayevin dayısı oğlu Anar Əliyevdir. Bu həmin Anar Əliyevdir ki, “Global Witness” təşkilatının bir müddət öncə, SOCAR-la bağlı açıqladığı  sensasion  hesabatda adı qırmızı hərflərlə keçirdi. Qeyd edək ki, ötən ilin dekabrında açıqlanan  hesabatda  adı böyük pullar və biznes strukturları ilə hallanan, lakin Azərbaycanda o qədər də tanınmayan  Anar Əliyevin ARDNŞ prezidentinin  dayısı oğlu olmasını ilk dəfə Avropa.info açıqlamışdı. 
Mənbə qeyd edir ki, Fransada “Volkswagen”in cəmi 7 böyük satış mərkəzi olub ki, bunlar da SOCAR tərəfindən alınıb. İndiyədək SOCAR-ın  xaricə çoxlu sayda investisiya yatırdığını bildirən mənbənin sözlərinə görə, bunların bəzisi  rəsmi sənədlərdə əksini taparaq, hətta mətbuatda da yayılıb. Lakin alınan satış mərkəzləri  mətbuatdan gizlədilib.
Maraqlı burasındadır ki, “Global Witness” təşkilatının açıqladığı qalmaqallı hesabata  baxmayaraq  ARDNŞ-in  əsas  layihələrində  yenə də, Rövnəq Abdullayevin qohumu, Socar Trading SA şirkətinin rəhbəri  Anar Əliyev  yer alır. Qeyd edək ki, bir neçə gün öncə, mətbuatda  Rövnəq Abdullayevin  geniş maliyyə resurslarına  sahib olacaq media holdinq açacağı və  bu işə Anar Əliyevin rəhbərlik edəcəyi  haqda məlumatlar yayılıb.     

Short URL: http://www.cumhuriyyet.net/?p=15967

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728