“Azərsu”dakı nurçuların başı dərddə

05.04.2014 - 10:59

“Azərsu”dakı nurçuların başı dərddə

Hidro Lotos”la başlayan prosesin SOCAR-a qədər uzanacağı gözlənilir 
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfərindən bir gün öncə “Azərsu”nun podratçısı “nurçu camaat”a bağlı olduğu bilinən “Hidro Lotos” şirkətinin Azərbaycandakı fəaliyyəti dayandırılıb. Bu haqda “Yeni Müsavat”a informasiyalı qaynaq xəbər verib.
Əldə etdiyimiz xəbərə görə, “Azərsu”nun dəyəri yüz milyonlarla ölçülən layihələrini həyata keçirən “Hidro Lotos”  2012-ci ildə qurulub. Şirkətin himayədarının “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov olduğu bildirilir. Şirkətin qeyri-rəsmi icra müdiri isə Qorxmaz Hüseynovun doğma qardaşı Məhəmməd Hüseynovdur. Ancaq şirkətin Azərbaycan hökuməti içərisində əsas himayəçisi kimi SOCAR-ın prezidenti Rövnəq Abdullayevin adı çəkilir. Yada salaq ki, Qorxmaz Hüseynov Rövnəq Abdullayevin yaxın silahdaşlarındandır. Q.Hüseynov “Azərsu” ASC-yə rəhbərlikdən öncə ARDNŞ-ın Sosial-İnkişaf İdarəsinə rəhbərlik edib.
Yarandığı gündən indiyə qədər “Azərsu” ASC-nin həm Azərbaycan hökuməti, həm də Beynəlxalq Valyuta Fondu ilə birgə həyata keçirdiyi əksər layihələrin podratçısı “Hidro Lotos”dur. Şirkətin işi ilə bağlı daha bir maraqlı detal var.  “Azərsu” ASC-nun bir sıra layihələrində “Hidro Lotos” subpodratçıdır. “”Yəni digər podratçının gördüyü hər hansı işi məhz “Hidro Lotos” yoxlayaraq qəbul edir. 
Şirkətdə bir ay öncədən böyük maddi sıxıntılar başlayıb. Əli pulla oynayan şirkət rəhbərliyi işçilərə heç bir xəbərdarlıq etmədən onların maaşlarını dayandırıb. Onu da bildirək ki, “Hidro Lotos”un rəhbərliyindəki şəxslər, eləcə də layihələr üzrə iş icraçıları, onların müavinləri, mühasibatlığı idarə edən şəxslər Azərbaycan reallıqları üçün fantastik məbləğdə – 20-30 min manat arası əməkhaqqı alırmışlar. Bu şəxslərin çoxu Türkiyə vətəndaşlarıdır.
Son bir ayda şirkətin borclu olduğu müəssisələrin sayı da artıb. Qaynaq bildirir ki, şirkət 2-3 ay öncədən Azərbaycan və Türkiyə şirkətlərindən aldığı texniki vasitələrin və quraşdırma avadanlıqlarının haqqını ödəyə bilmir.
Varlı şirkətin bu cür sıxıntıya düşməsi işçilər arasında da təşviş yaradıb. Rəhbərlikdəki şəxslər bu durumu müvəqqəti çətinlik kimi təqdim etməyə çalışsa da getdikcə durumun ağırlaşması qərarın siyasət gündəmi ilə bağlı olması gerçəyini ortaya çıxarıb. Artıq şirkətdə çalışan hər kəs nurçu cameəyə bağlı olduqları üçün öncə maliyyə qaynaqlarının kəsilməsi, daha sonra isə fəaliyyətlərinin birdəfəlik dayandırılması qərarı verildiyinin fərqindədir. 
İndi “Hidro Lotos”un başı üzərin alan qara buludlar getdikcə “Azərsu” ASC-yə doğru yan almaqdadır. Şirkətin mərkəzi aparatında, eyni zamanda demək olar bir sıra idarələrinin rəhbərliyində təmsil olunan nurçular özlərini tikan üzərində hiss edir. Siyasi gündəmdə baş verənlər bu narahatlığın əbə olmadığını göstərir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana aprelin 4-dəki səfəri zamanı nurçularla bağlı dediyi fikir, üstəlik dövlət başçısı İlham Əliyevin bu fikirləri dəstəkləməsi nurçuların Azərbaycandan tamamilə çıxarılmasının uzaqda olmadığından xəbər verir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=15970

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930