“Şeyxdə güya “biz də bu işləri görürük”- deyə fikr formalaşdırmağa çalır”
05.04.2014 - 15:09
“Şeyxdə güya “biz də bu işləri görürük”- deyə fikr formalaşdırmağa çalır”

Elşad Miri: ” Bu insanlar artıq bilmirlər hansı formada bu işin içindən çıxsınlar, ona görə də mübarizəyə çağırırlar”.
Quba rayonunda din xadimləri ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə hamını bir neçə təriqətə qarşı, o cümlədən nurçulara qarşı mübarizəyə səslədi. Hər kəsi birlik olmağa çağırdı. Allahşükür Paşazadənin faktiki olaraq Ərdoğanın səfəri ərəfəsində nurçuluğu yenidən qabardan açıqlamalar verməsi maraq doğurdu.
PİA.AZ-ın əməkdaşı bu mövzuda İlahiyyatçı Elşad Mirinin fikrlərini öyrəndi. Elşad Miri bildirib ki, QMİ insanlara dini ədəbiyyat verə bilmirsə, televiziyada din ilə bağlı veriliş təqdim edə bilmirsə, din ilə bağlı jurnal verə bilmirsə bu insanları necə mübarizəyə çağıra bilər:
“Birinci növbədə insanları bu cür mübarizəyə səsləməyin əvəzinə, insanları birliyə, bərabərliyə, Quran ətrafında toplaşmağa səsləmək daha doğru olardı. Bir insan nurçu, sələfi, şiə, sünnü ola bilər ancaq bu tip məsələlərdə hər hansısa bir cərəyanın adını çəkib, ona qarşı mübarizəyə səsləmək doğru hal deyil. Bu hallarda həmin insanların o inandıqları məsələlərdə olan səhvləri gündəmə gətirib, o məsələnin səhv olduğunu ağılla, Quran ayələri ilə, hədislərlə əsaslandırmaq lazımdır. İnsanlarımız görsün ki, o insanların bizə sırımağa, aşılamağa çalışdıqları din adı altındakı məsələlər dinə zidd olan amillərdir. Konkret olaraq mübarizəyə səsləmək isə doğru bir şey deyil. Bu insanlar artıq bilmirlər hansı formada bu işin içindən çıxsınlar, ona görə də mübarizəyə çağırırlar. Axı nə ilə mübarizə aparacaqlar? Bunların orta məktəbdə din ilə bağlı fənni yoxdu, universitetlərdə din ilə bağlı normal şey öyrətmirlər. QMİ bu insanlara dini ədəbiyyat verə bilmirsə, televiziyada din ilə bağlı veriliş təqdim edə bilmirsə, din ilə bağlı jurnal verə bilmirsə bu insanları necə mübarizəyə çağıra bilər? Bunların dedikləri ancaq söz xatirinə deyilmiş və heç bir arxası olmayan ifadədir”.
Elşad Miri daha sonra Şeyx Allahşükür Paşazadənin Ərdoğanın səfəri öncəsi nurçuluğu yenidən açıqlamaları ilə qabartmasını şeyxin güya hansısa işləri görə bilməsi fikirin formalaşdımağa cəhd etməsi kimi dəyərləndirib:
“Şeyxin bu açıqlamaları təkcə nurçuluq ilə bağlı deyil. Suriya və sairə məsələləri gündəmə gələndən sonra onlara da tapşırıldı ki, bəs siz indiyə kimi hara baxırsız, nə işlə məşğulsuz? Şeyxdə güya “biz də bu işləri görürük”- deyə fikr formalaşdırmağa çalır. Buna görə də təbii ki, Ərdoğanın gəlişi zamanı ilə əlaqələndirərək bu fikrləri söyləmək uyğun gəlir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=15972