Tağı Əhmədovun “yeraltı səltənət”dəki maxinasiyaları

06.04.2014 - 18:47

Tağı Əhmədovun "yeraltı səltənət"dəki maxinasiyalarıAylıq
yer haqqı 500 manat olan dükan üçün qaimədə 50-60 manat qeyd olunurmuş

Tağı Əhmədovun "yeraltı səltənət"dəki maxinasiyalarıAylıq
yer haqqı 500 manat olan dükan üçün qaimədə 50-60 manat qeyd olunurmuş


 

Bakı
Metropolitenində ticarət köşkləri söküləndən sonra sahibkarlara bir neçə yer təklif
olundu. Satıcılar onlara təklif olunan ünvanları qəbul etmədiklərini bildirdilər.
Onlar şəhərdən uzaqlığına, yer pulunun bahalığına, eləcə də alıcıların sayının
azlığına görə “A.M.A.Y.”, Keşlə variantlarını istəməyiblər.


 

Metro ticarətçiləri yeni məkandan narazıdır


 

Metro
ticarətçilərinin bir qismi “Şərq bazarı”na üz tutub. Onların sözlərinə görə,
burada yer haqqı metrodakından çox da baha deyil. Amma hələ də yeni məkana öyrəşə
bilməyiblər. Satıcılar onu da qeyd ediblər ki, metrodakı dükanların təmiri üçün
verdikləri pulları hələ də geri ala bilməyiblər: “Biz pulumuzu tələb edirik.
Onu versəydilər, işimizi görərdik. Vəziyyətimiz ağırdır. Yerini dəyişən alverçi
necə olar? Müştərilərimiz yoxdur. Yəqin, bir-iki ay ziyana işləyəcəyik”.

Metronun
“28 May” stansiyasının yaxınlığındakı ticarət mərkəzinə yerləşən bir neçə
satıcı da yeni məkandan narazıdır. Onlar yer haqqının yüksək olmasından, eləcə
də alıcıların azlığından şikayətçidir: “Metronun girişi təmir olunur deyə, sərnişinlərin
çoxu ticarət mərkəzinin içindən keçib metroya düşür. Bir müddət sonra isə təmir
olunan hissə istifadəyə veriləcək və bizə çox böyük yük düşəcək. Həm də müştəri
yığmaq üçün bir müddət işləmək lazımdır. Biz hələ bir neçə ay qazancsız işləməliyik”.

Metronun
“Neftçilər” stansiyasında çalışmış ticarətçilərin bir neçəsi yaxınlıqdakı
ayrı-ayrı dükanlarda yer kirayələyib. “Əhmədli”də çalışanların da bir qrupu
yeni iş yeri tapa bilib. Metro ticarətçilərinin cüzi hissəsi “Xalqlar dostluğu”
yarmarkasında icarəyə yer götürə bilib. “Ayı 150 manata kənar bir yerdə kiçik
dükan götürə bilmişik. Heç alver gedəcək yerə oxşamır”, – deyə keçmiş metro ticarətçisi
bildirib.

Onlar
qeyd edirlər ki, metropoliten rəhbərliyinin pulsuz yer icarəyə verməsi vədi ağ
yalandır: “Bizə Günəşlidə, Keşlədə, həmçinin A.M.A.Y. ticarət mərkəzində yer təklif
edirlər. Ora kim gedər? Təklif edilən yerlər ticarət mərkəzi qurulacaq yer
deyil və orada satış mümkünsüzdür”.

Satıcılar
bildirirlər ki, tapdıqları yerlər üçün icarə haqqını özləri ödəyirlər və
metropoliten rəhbərliyi yalnız özlərinin təklif etdikləri yerlərə güzəşt vəd
edib: “Həmin yerlər də normal deyil”.


 

Metrodakı yer haqqından dövlətə nə qədər vəsait
gedirmiş?


 

Metroda
ticarətlə məşğul olmuş şəxslər onu da bildirdilər ki, onların ödədikləri yer
pulunun çox cüzi hissəsi rəsmiləşdirilirmiş. Məsələn, 500 manat yer haqqı olan
dükan üçün qaimədə 50-60 manat qeyd olunurmuş. İlk baxışdan bu, inandırıcı
görünməyə bilər. Ancaq Metropolitenin keçmiş rəisi Tağı Əhmədov bir müddət əvvəl
“Azadlıq” radiosuna müsahibəsində çox məqamlara aydınlıq gətirmişdi. Müsahibədən
kiçik bir hissəni diqqətinizə çatdırırıq: “… Ayda 70 min manat vəsait
köçürülür. Bunun da hamısı metroya sərf olunur. Bəziləri düşünür ki, guya orda
qaz vurub-qazan doldururlar. Xeyr, qəpiklə olan şeydir və onları bağlamaq bizə
daha sərfəlidir. 70 min Metropolitenə heç nə etmir. Bu, ildə cəmi 840 min manat
pul edir. Azərbaycanın bu pulu verməyə imkanı var. Amma söhbət iki min adamın
işsiz qalmasından, 10 min adamın ac olmasından gedir”.

Tağı
Əhmədov həmçinin bildirmişdi ki, həmin pullardan vergi ödənilmir: “Heç bir
manat da ödənilmir”. O, icarə haqqının məbləğini də açıqlamışdı: “Bir kvadrat
metri 100 manatdan artıq heç yerdə yoxdur. Ən bahası 100 manatdır”.

Ancaq
sonradan məlum oldu ki, icarədarlar metro rəhbərliyinə köşk almaq üçün verdikləri
pullardan əlavə, aylıq da ən azı 600 manat yer haqqı ödəyirmiş. Yeri gəlmişkən,
bir müddət əvvəl “azadmekan.org” saytı metrodakı köşklərlə bağlı araşdırma
aparmışdı. Araşdırma nəticəsində bəlli olmuşdu ki, ümumilikdə Bakı
Metropolitenində 1282 obyekt icarəyə verilib. Hər obyektdən aylıq orta hesabla
700-750 manat alınır. Bu da ilə 11 milyon manatdan artıq vəsait edir. Tağı Əhmədov
isə ildə ticarətdən metroya gələn gəlirin 840 min manat olduğunu iddia etmişdi.


 

Ramin

Short URL: http://www.cumhuriyyet.net/?p=15978

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728