Qazimizə yeni mənzilin açarları təqdim edilib FOTO

15.01.2021 - 11:35

Vətən müharibəsində yaralanan daha bir qazimizin – Məmməd Əkbərovun ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial tərəfdaşın dəstəyi ilə mənzillə təmin edilib.

Nazirlikdən Musavat.com-a verilən məlumata görə, ailə üçün Bakının Xətai rayonunda çoxmərtəbəli yeni yaşayış kompleksindən ikiotaqlı mənzil alınıb və müvafiq sənədləşdirmə, ailənin yeni evinə köçməsi üçün bütün prosedurlar başa çatdırılıb.

Bu gün Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Məmməd Əkbərovun ailəsinə yeni mənzilin açarlarını təqdim edib. Ailə artıq yeni evinə köçə bilər.

V.Behbudov qazimizi və ailəsini bu münasibətlə təbrik edib. O, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı geniş miqyaslı sosial dəstək işlərinin aparıldığını bildirib. Məmmədin və qardaşının məşğulluğuna dəstək üçün istəkləri əsasında onların ödənişli ictimai işlərə cəlb olunduğunu da qeyd edib.

Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq Cəbrayıl və Qubadlının azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına döyüşən M.Əkbərov döyüşlərin birində xəsarət almasına baxmayaraq, yenidən döyüşlərə davam edib. Oktyabrın 21-də Qubadlı uğrunda döyüşdə növbəti dəfə yaralanıb. Müalicəsini evdə davam edən Məmməd əlilliyə görə təqaüd alan atası, orta məktəbdə çalışan anası, qardaşı və məktəbli bacısı ilə birgə yaşayır.

Xatırladaq ki, ötən ay V.Behbudov və Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli ailə ilə görüşmüşdü. Ailənin məişət durumu, ailə tərkibi nəzərə alınaraq Nazirlik tərəfindən sosial tərəfdaşın dəstəyi ilə onların mənzillə təmin edilməsi qərara alınmışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159788

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031