“Növbəti artım sosial gərginliyə səbəb olacaq”

07.04.2014 - 13:23

“Növbəti artım sosial gərginliyə səbəb olacaq”

Ümumiyyətlə, yanacağın bahalaşması hər bir şeyə təsir edən amildir. Nə qədər desələr də ki, digər məhsullar bahalaşan deyil, bu qaçılmazdır, bahalaşmalar olacaq və benziin qiyməti bütün sahələrə təsir edəcək”.
Bunu modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib. 
Deputat benzinin bahalaşmasının kommunal xidmət haqlarına təsirindən danışarkən bildirib ki, Azərbaycanda sözügedən xidmətlərin qiyməti kifayət qədər yüksəkdir: “Növbəti artım sosial gərginliyə səbəb olacaq. Əhali hətta ödənişlərdən imtina edə bilər. Düşünürəm ki, bu da əlavə problemlər yaradacaq”.
Qeyd edək ki, aprelin 4-dən ölkə ərazisindəki yanacaqdoldurma məntəqələrində Ai-95 markalı avtomobil benzini satışdan çıxarılıb. Əvəzində məntəqələrdə “Premium Avro-95” markalı benzinin satışına başlanılıb. Bu markalı benzinin 1 litrinin qiyməti 93 qəpiyə satılır.
Aİ-95 markalı benzinin litri isə 80 qəpik idi.
Benzin satışında baş verən bu dəyişiklik əhali arasında ciddi narazılıq doğurub.

Short URL: http://www.cumhuriyyet.net/?p=15985

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31