Amerikalı ekspert: “Putin Azərbaycanda ruspərəst müxalifəti maliyyələşdirir”

07.04.2014 - 14:15

Amerikalı ekspert: “Putin Azərbaycanda ruspərəst müxalifəti maliyyələşdirir”

“Amerika rəhbərliyi Moskvanın Krımı ilhaq etməsinə Rusiyanın qonşuluğunda yerləşən NATO üzvlərini dəstəkləməklə reaksiya verdi və düz etdi. Ancaq zəruridir ki, Vaşinqton Gürcüstan və Azərbaycandan keçən Cənubi Qafqaz dəhlizinə də diqqəti artırsın”.
Virtualaz.org saytı xəbər verir ki, bu çağırışla Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitunun (Central Asia-Caucasus Institute) direktoru, Stokholmdakı Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) həmtəsisçisi Svante Kornell “The Wall Street Journal” qəzetində dərc edilmiş məqaləsində çıxış edib.
Svante Kornell “Putinin Avrasiya ambisiyalarının cilovlanması” başlıqlı məqaləsində yazır ki, Ukraynanın və Cənubi Qafqaz ölkələrinin taleyi bir-biri ilə sıx bağlıdır: hər iki region Vladimir Putinin Belarusdan Tacikistana qədər uzanan “Avrasiya imperiyası” xəyalları baxımından böyük əhəmiyyət kəsb edir.
“Amerika-Rusiya münasibətləri Ukraynaya görə korlanır, lakin bunun neqativ təsirləri Ukrayna ilə məhdudlaşmır. Putin Cənubi Qafqaz dəhlizinin strateji əhəmiyyətini Qərbin planlarının bir çox müəlliflərindən daha artıq başa düşür. Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevin də təsdiq etdiyi kimi 2008-ci ildə Gürcüstana hərbi müdaxilə də NATO-nun Cənubi Qafqaza doğru genişlənməsini dayandırmaq idi” – deyə S.Kornell yazır.
Amerikalı ekspert daha sonra bildirir: “Moskva artıq Ermənistan üzərində nəzarətini möhkəmləndirib. Və Gürcüstanda, Azərbaycanda Putin müxalif siyasətçilər, ictimai təşkilatlar və milli azlıqlar arasından rusiyameylliləri maliyyələşdirir. Ermənistandakı əhəmiyyətli hərbi iştirakından istifadə edərək Moskva istənilən vaxt iki ölkə arasında Dağlıq Qarabağa görə yaşanan amansız ziddiyyətlərdən istifadə edərək Ermənistanın Azərbaycanla münaqişəsini qızışdıra bilər. Gürcüstan isə Rusiya və onun Ermənistandakı hərbi bazası arasında yerləşir. Bu ilin yayında Gürcüstanın Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalayacağı nəzərə alınsa, Rusiyanın təzyiqlərinin güclənəcəyini gözləmək lazımdır. Bəs Moskva Gürcüstan üzərindən Ermənistandakı bazalarına dəhliz tələb etsə, nə etmək lazımdır?”.
S.Kornellin qənaətinə görə, əgər Azərbaycan və Gürcüstan Putinin pressinqləri qarşısında geri çəkilsə, Moskva Əfqanıstan tranzitinə nəzarəti ələ keçirmiş olacaq. Onun sözlərinə görə, bu ssenari Vaşinqtonun Mərkəzi Asiyaya çıxışının itirilməsi deməkdir.
“Deməli, Xəzərin enerji resurslarının Avropa İttifaqının enerji təminatını diversifikasiya etməyə imkan verəcəyinə dair bütün ümidlər də boşa çıxmış olacaq” – deyə ekspert yazır.
Svante Kornell hesab edir ki, prezident Barak Obama Gürcüstanın NATO-ya qəbulunu dəstəkləmək barədə rəsmi bəyanat vermək üzərində düşünməlidir.
“Azərbaycan NATO-ya daxil olmaq barədə xahiş etmir. Bununla belə Vaşinqton Bakının NATO ölkələri ilə tərəfdaşlığının dərinləşdirilməsinə dair məsləhətləşmələr aparmalıdır. Bu ölkələrin birində Amerika hərbi bazasının yerləşdirilməsi Moskvaya dəqiq siqnal göndərmiş olardı. Cənubi Qafqaz rus imperializminin yeni dalğası qarşısında güclü bastiona çevrilə bilər, bir şərtlə ki, ABŞ üzünü yenidən regionun çevirsin” – deyə S.Kornell yazıb. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=15987

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930