İsmayıllı və Tərtər sakinlərindən silah götürülüb
İsmayıllı və Tərtər rayon sakinlərində silah aşkarlanıb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaraqaya kənd sakinləri – A.Babayevdən “İJ-16”, V.Abasovdan “TOZ-63”, Buynuz kənd sakini E.Babayevdən isə “İJ-16” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.
Bundan başqa, Tərtər RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bərdə rayon sakini S.İsmayılovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=159953