İlqar Abbasovun “balkon əməliyyatı” – icra başçısından şikayət

08.04.2014 - 19:33

Paytaxtın strateji rayonlarından olan Suraxanıda ciddi sosial problemlər hökm sürməkdədir.

 Dövlət büdcəsində ən çox maliyyə ayrılan Suraxanı rayonunda sosial problemlər hələ də həll edilməyib. Küçə yolları təmirsizdir, insanların istiliklə təminatında olan problemlər uzun illərdi həll edilməmiş qalır. Həmçinin rayon ərazisində yaşayan və fəaliyyət göstərən sahibkarların incidilməsi halları artıq yuxarı dairələrdə müzakirə mövzusudur. Məlumatda bildirilir ki, bu günə qədər icra başçısı İlqar Abbasovu qoruyan şəxslər də artıq ona kömək etmək gücündə deyil.
 Bir sözlə, Bakının Suraxanı rayonunda vəziyyət o qədər də urəkaçan deyil. Bizimxeber.az-a daxil olan məlumatda bilidirilir ki, rayondakı torpaqlar bələdiyyənin əli ilə satılsa da, satışa nəzarəti icra başçısı İlqar Abbasov şəxsən özü edib. Daha doğrusu, bələdiyyə sədri icra başçısının yaxın adamıdır və bütün torpaqlar da məhz İlqar Abbasovla məsləhətləşdirildikdən sonra satışa çıxarılıb. Artıq rayonda bir sot torpağın qiyməti 20-60 min manat arasında dəyişir. Lakin bu hələ hamsı deyil.
 İcra başçısı İlqar Abbasovun daha bir gəliri rayon ərazisindəki beşmərtəbəli binaların qarşısının və yol kənarlarındakı boş yerlərin satılmasından olub. 
Qanuna görə, binaların qarşısındakı torpaqların satılması və ya hər hansı formada istifadəsi yolverilmıəz olsa belə, ilqar Abbasov buna əhəmiyyət vermir. Bina evlərində əsasən birinci mərtəbədə yaşayan vətəndaşlar küçəyə qapı açmaq və ya bir otaq artırmaq üçün ilk əvvəl ərazidəki MİS sədrləri ilə razılaşıblar. Daha sonra isə icra hakimiyyətinə gedərək icazə istəyiblər. Bu icazənin qiyməti 5 min manatdır. “Avto yuma” məntəqəsinin açılması üçün icazənin qiyməti isə 20 min manatı keçir.
Ən qəribəsi odur ki, icra hakimiyyətindən heç bir sənəd verilməyib, yalnız “gedin tikin, biz göz yumarıq” deyilib. İndi isə bir qədər çətin vəziyyətə düşən İlqar Abbasov gostəriş verib ki, bütün əlavə tikililər sökülsün. Bu isə vətəndaşların aldadılması və haqlı narazılığı ilə mühaidə olunur.
Bizimxeber.az-a daxil olan daha bir məlumatda qeyd olunur ki, rayondan Adsministrasiyaya gedən çoxsaylı şikayətlər artıq İlqar Abbasovu bərk narahat edir. Yəqin ki, yaxın aylarda İlqar Abbasovu qadın icra başçısı əvəzləyəcək. Onun kimliyi ilə bağlı müəyyən məlumatlar olsa da, bu bardə məlumat verməyi məqsədəuyğun görmürük.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16000

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930