“Konsertdən qazandığım 11 mini qazilərin əməliyyatına bağışladım” – Şəbnəm Tovuzlu

19.01.2021 - 14:56

Müğənni Şəbnəm Tovuzlu Rusiyada konsert verdiyi üçün ünvanına deyilən tənqidlərə münasibət bildirib.

Musavat.com xəbər verir ki, bir aydır Rusiyada olan və orada toy məclislərinə də qatılan ifaçı bildirib ki, konsertdən qazandığı pulu xeyriyyə işlərinə ayırıb:
“Mənə qarşı haqsız tənqidlər yazılır. Rusiyaya gəlməyim, konsert verməyim o qədər müzakirə olundu ki… Mən etdiyim xeyriyyə işlərini açıb danışmıram. Amma bu qədər təhqirə layiq deyiləm. Konsertdən qazandığım puldan 11 min dollar iki qazimizin əməliyyatına ayrılıb. Hazırda Bakıda deyiləm, amma qayıdanda həmin qaziləri ziyarət edib, video paylaşacam. Onların müalicəsi üçün nə lazımdırsa, öz boynuma götürmüşəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=160052

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031