ABŞ: “Putin Azərbaycana hərbi müdaxilə edəcək”

09.04.2014 - 10:58

ABŞ: “Putin Azərbaycana hərbi müdaxilə edəcək” – Şok “Putin Azərbaycan və Gürcüstanda Rusiya meyilli müxalifət qüvvələri maliyyələşdirir”.   “Axar.az” “Val Strit jurnal”a (“The Wall Street Journal”) istinadən xəbər verir ki, bu açıqlama ilə siyasi ekspert Svante Kornelle çıxış edib.   O, Rusiyanın Qafqaza təsirinin həddən artıq gücləndiyini bildirib:   “Moskva Ermənistan üzərində nəzarətini artırıb. 2013-cü ilin sentyabrında Ermənistanı Gömrük İttifaqına zorla gətirməyə razı salıb. İndi isə növbə digər ölkələrdədir. Putin Azərbaycan və Gürcüstanda Rusiya meyilli müxalifət qüvvələri, etnik azlıqları maliyyələşdirir. Bu ölkələrin rəhbərləri isə Qərbin Krım böhranına göstərdiyi münasibətdən heç də razı deyillər”.    Ekspert bu ilin yayına qədər regionda vəziyyətin şiddətlənə biləcəyini deyib:   “Ermənistandakı hərbi bazaları hesabına rəsmi Moskva Azərbaycana hərbi təcavüz etmək imkanına sahibdir və bunu da edəcək. O iki ölkə arasında münasibətləri şiddətləndirəndən sonra Dağlıq Qarabağı yenidən savaş mərkəzinə çevirməyə çalışacaq. Rusiya Gürcüstandan özünün Ermənistandakı hərbi bazaları üçün tranzit rolunu oynamasını tələb edəndə Qərb nə edəcək? Əgər yoxlanılmamış və kaprizli Tiflis ABŞ-ın dəstəyini üzərində hiss eləməsə, o zaman… Həmçinin bu ilin yayında Gürcüstan Avropa İttifaqına assosiativ üzvlüyə qəbul olacaq ki, bu da Rusiyanın təzyiqinin görünməmiş həddə çatacağına səbəb olacaq”.   

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16006

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930