10 il öncə Azərbaycanda da “Ərəb baharı” yaşansaydı – şahidlər danışır…

20.01.2021 - 10:17

“Ərəb baharı” adı verilən inqilablar dalğasının 10 ili tamam oldu. Tunisdə başlayan və bir çox ölkələrə yayılan həmin prosesləri müəyyən dairələr  Azərbaycanda da təkrarlamağa çalışırdılar. Hətta 2011-ci ilin mart-aprel aylarında Bakının mərkəzində icazəsiz aksiyalar da keçirilmişdi.

Hər kəsə bəllidir ki, “Ərəb baharı”nın reallaşdığı ölkələr hansı taleyi yaşadılar. Təkcə Liviya nümunəsini göstərsək, bütün suallara aydınlıq gələr. Suriyada hakimiyyət çevrilişi baş verməsə də, hazırda bu ölkə yaşadığı böhrandan çıxış yolu tapa bilmir. Misirdə hökumətin əldən-ələ keçməsi də çox sualın cavabıdır. Bir sözlə, bu inqilablar hansı ölkədə baş verdisə, həmin ölkə viran qaldı.

10 il öncə Azərbaycanda iqtidar dəyişikliyini istəyənlər və bunun üçün keçirilən aksiyalarda lider funksiyası daşıyanlar planlarının baş tutmamasına indi şükürlər edirlər, yoxsa təəssüflənirlər?

2011-ci ildə Müsavat Gənclər Təşkilatının sədri kimi Bakıda təşkil olunan aksiyaların təşkilatçılarından biri olan və həbsxana həyatı da yaşayan AĞ Partiya başqanı Tural Abbaslı 10 ildən sonra bu cür düşünür: ““Ərəb baharı” adlanan proses 2011-ci illəri əhatə edirdi. Şərqdə iqtidarların hakimiyyətdən kənarlaşdırılması prosesi gedirdi. Əslində dərinə gedəndə burada qanunsuz yol yox idi. Xalq onun iradəsini əks etdirməyən iqtidarı birbaşa iştirakı ilə hakimiyyətdən uzaqlaşdırırdı. Əgər burada bir nüans nəzərə alınmasaydı, əslində çox demokratik və ədalətli proses idi. Xalq seçdiyi insanların ona rəhbərlik etməsini istəyirdi. Burada “Ərəb baharı” və dinc inqilablar dedikdə iki cür inqilab var. Məsələn, “narıncı inqilablar” dövrünü götürək. “Ərəb baharı”nı da bura əlavə edək. «Soros» Fondunun, yaxud hər hansı bir beynəlxalq təşkilatların maliyyələşdirdiyi və süni şəkildə belə inqilabların yetişdirildiyi, süni liderlərin yetişdirilib cəmiyyətə sırındığı proseslərin də getdiyini unutmayaq. Tarix və zaman göstərdi ki, bunlar heç də uğurlu addımlar deyildi. Kimlərsə «Soros» Fondunun, yaxud  beynəlxalq təşkilatların dəstəyi ilə belə inqilablar etdilərsə, təbii ki, ölkələri və özləri də ziyan gördülər. Həmin dövlətlərdə necə bir proseslərin getdiyini görürük. Suriya, Liviya, Yəmən kimi dövlətləri misal çəkə bilərik. Hətta Ukraynanı da bura əlavə edə bilərik. Təəssüflə qeyd etməliyik ki, inqilablara kənar müdaxilə varsa, mili deyilsə, daxildən yetişmirsə, kənardan hansısa qüvvələrin maliyyəsi və təşviqi ilə baş verirsə, bunun sonradan fəsadları ortaya çıxır.

Tural Abbaslı: ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Azərbaycan  cəmiyyətinə yaxşı bəllidir

Tural Abbaslı: “Tarix və zaman göstərdi ki, bunlar heç də uğurlu addımlar deyildi”

Amma bu “narıncı inqilablar”ın paralelində bizim özümüzün dünyaya nümunə verdiyimiz xalq ayaqlanması var idi. Bu da öz müsbət nəticəsini vermişdi. 90-cı illərin əvvəllərində mərhum prezident Əbülfəz Elçibəyin rəhbərliyi ilə Xalq Hərəkatı, Xalq Cəbhəsi Hərəkatı inqilabı idi. Həmin hərəkatı yerli və milli idi. Kənardan maliyyələşmirdi, süni şəkildə liderlər yetişdirilmirdi, təşviq olunmurdu. Bu inqilab onu göstərdi ki, əgər kənardan maliyyələşmə və təşviq yoxdursa, hər şey yerlidirsə, Qərb dünyası, mediası tərəfindən yetişdirilən, şişirdilən süni liderlər proseslərin başında durmursa, uğurlu nəticələr qazanmaq olar. 2011-ci ildə mənim də iştirak etdiyim həmin hərəkətlənmədə şəxsən mənə kənardan maliyyə ilə bağlı nəsə gəlmirdi, heç kəs bizi təşviq də etmirdi. Çalışırdıq ki, milli hərəkətlənmə olsun. Mən və mənimlə bərabər həbs edilən müavinlərim, dostlarım kənardan heç bir təbliğat, təşviqatla bu proseslərdə iştirak etmirdi. Əksinə, deyərdim ki, həmin proseslərdə Qərb iqtidarın yanında durdu, nəinki onlardan qaynaqlanmayan yerli hərəkətlənmənin”.

Sahib Kərimli AXCP-dən çıxarıldı, Əli Kərimliyə savaş açdı - Modern.Az  Azərbaycan və dünya xəbərləri

Sahib Kərimli: “Bu ”bahar”ın Azərbaycanda baş tutmayacağını  küçədə hiss etdim”

Həmin aksiyalara görə həbs edilən sabiq AXCP funksioneri Sahib Kərimlinin də fikirləri diqqət çəkir: “Yeniyetmə yaşımdan iştirak etdiyim Xalq Hərəkatı və cəbhəçiliyin heç bir mərhələsindən, burada iştirakımdan təəssüf hissi keçirmirəm. Çünki proseslərin hər birində iştirak edərkən xalqa və dövlətə xidmət etməyə çalışmışam. Şəxsi ambisiyalarım heç zaman bunun üstündə olmayıb. ”Ərəb baharı”nın ölkəmizdəki təsirlərini ifadə edən ən böyük aksiya 2 aprel idi. Bu “bahar”ın Azərbaycanda baş tutmayacağını, bunun üçün heç bir əsasların olmadığını küçədə hiss etdim. Aksiya iştirakçılarının önündə hərəkət edərkən səkidəki bəzi cəbhəçilərin və ictimai fəalların çağırışıma qoşulmağa qorxduğunu gözlərində gördükdən sonra bu qənaətə gəldim.  Xalq tərəfindən Azərbaycandakı inqilabı proseslərə dəstək verilməyəcəyini bu zaman idrak etdim.  Azərbaycanda “Ərəb baharı” tipli hadisənin baş verməyəcəyi və bunun üçün əsasların olmadığı qənaətindəyəm. Təəssüf hissi keçirirəm ki, ölkəmizin sosial strukturunu, geopolitik şərtlərini yaxşı bilmədə, ideyasız manipulyatorların hədəfi olmuşam. Bu gün Azərbaycan azad və ədalətli rifah cəmiyyəti qurmağa daha yaxındır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160063

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031