“Hafka” Bakıda batır, “Atletiko” Madriddə…
Madridin “Atletiko” klubu iflas həddindədir
Madridin “Atletiko” klubu iflas həddindədir
Bu barədə Barselonadakı İESE biznes-məktəbinin professoru Hayme Yopis bildirib.
H.Yopisin sözlərinə görə, klubu müflis olmaqdan yalnız azərbaycanlı milyarder Hafiz Məmmədovla imzalanan sponsor razılaşması xilas edə bilər: “Ancaq Azərbaycandan olan investorla yeni müqavilə və daha çox yeni sponsorların cəlb olunması situasiyanı yaxşılaşdıra bilər. Lakin bu da çox çətin olacaq. Sadəcə olaraq işlərin bərbad olduğu barədə indi heç kim danışmaq istəmir, çünki komandanın nəticələri yaxşıdır”.
Xatırladaq ki, “Atletiko” klubu azərbaycanlı oliqarx, nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı Hafiz Məmmədovla sponsor müqaviləsi bağlamışdı. Müqaviləyə əsasən “Atletiko”nun oyunçuları meydana üzərində “Land of Fire Azerbaijan” sözləri yazılmış köynəklərdə çıxırlar.
Müqavilə 2013-cü ilin yanvarında 18 aylığa imzalanıb və onun başa çatmasına az qalır. “Atletiko” bu müqavilədən 12 milyon avro qazanıb.
“Hafka”nın sponsorluq etdiyi “Atletiko” klubunun müflis olmaq həddində olduğu bir vaxtda azəbaycanlı milyarderin “Baghlan Group” şirkəti də defolt həddindədir. Belə ki, holdinq banklara olan kredit və faiz borclarını ödəyə bilmədiyinə görə nüfuzlu reytinq agentlikləri “Fitch Raiting” və “Standart & Poors” onun kredit reytinqini geri çağırıb, şirkətin texniki defolt həddində olduğunu açıqlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=16009