Azərbaycanda insan haqları vəziyyəti “narahatedici olaraq qalıb”
2013-cü ildə Azərbaycanda insan haqlarının vəziyyəti
“narahatedici olaraq qalıb”, Birləşmiş Krallıq Xarici İşlər Nazirliyinin
illik insan haqları hesabatında deyilir.
Hesabata görə “narahatçılıq” mətbuat və ifadə
azadlıqlarına məhdudiyyətlərin davam etməsi və deffamasiya barədə
qanunun İnternetə də aid edilməsilə bağlıdır.
“Bakıdakı Səfirliyimiz ifadə
azadlığına aid məhkəmə işlərində ədalətli məhkəmə hüququnu araşdıran,
insan haqları vətəndaş cəmiyyəti təşkilatlarını dəstəkləyən layihələr
maliyyələşdirib”, hesabatın Azərbaycana aid hissəsində deyilir.
Həmçinin qeyd olunur ki, Azərbaycanda ikən XİN
başçısı William Hague Prezident İlham Əliyev və xarici işlər naziri
Elmar Məmmədyarovla görüş zamanı insan haqları barədə narahatlıqlarını
bildirib.
Bura, o cümlədən dekabrda həbs olunmuş
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar
Məmmədlinin məsələsi də aiddir.
Ötən ilin dekabrında cənab Hague Bakıda, mətbaut
konfransında, səfərindən bir neçə gün öncə həbs edilmiş Anar Məmmədli
barədə bildirib ki, Birləşmiş Krallıq “Anar Məmmədli kimi” məsələləri ikitərəfli şəkildə qaldırmaqda davam edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=16034