ABŞ yenə nədən qondarma “erməni soyqırımı” məsələsini gündəminə alıb?

12.04.2014 - 14:33

Bir neçə gün öncə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı”nın tanınması haqqında qərar qəbul etdi

Bir neçə gün öncə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı”nın tanınması haqqında qərar qəbul etdi

Qərar
layihəsini Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendez təklif
edib və layihənin qəbul edilməsi ilə rəsmi Vaşinqton qondarma “erməni
soyqırımı” məsələsini yenidən gündəminə alıb.
PİA.AZ-ın əməkdaşı bu qərar haqqında bir neçə millət vəkillərinin fikrlərini öyrənib.
Azər
Badamov: ” Əgər indi də ABŞ-ın hansısa komitəsi qondarma erməni
soyqırımı ilə bağlı qərar qəbul edibsə də, bu, artıq onların müsəlman
dünyasına baxışlarının təzahürüdür”.
Fəzail
Ağamalı: ” Ceyms Uorlikin məsələsinə ciddi reaksiya verərək, onun
həmsədrlik vəzifəsindən kənarlaşdırılmasına nail olmalıyıq. Çünki
məsələlər bu cür davam edə bilməz”.
Nizami
Cəfərov: ” Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışları rəsmi
Vaşinqton tərəfindən qıcıqlandırdıcı olaraq dəyərləndirib. Şübhəsiz ki,
bu addım Türkiyəyə cavab olaraq atılıb”.
PİA.az-a
bu barədə açıqlama verən Milli Məclisin Regional məsələlər komitəsinin
üzvü Azər Badamov ABŞ senatının erməni soyqırımını dəstəkləyən qərar
qəbul etməsinə beynəlxalq siyasətdə ikili standartların mövcudluğu ilə
əlaqələndirib: “ABŞ Senatının Xarici Əlaqələr
Komitəsinin qondarma “erməni soyqırımı” iddialarını dəstəkləyən qərar
layihəsini qəbul etməsi ikili standartların göstəricisidir. Erməni
lobbisi hər yerdə qondarma soyqırımını tanıtmağa çalışır. Onların bu
istiqamətdə səylərinə baxmayaraq, hələ də xarici dövlətlər bu
soyqırımını qəbul etmirlər. Bundan fərqli olaraq isə bəşər tarixinin ən
qanlı faciəsi olan Xocalı soyqırımını artıq dünyanın bir çox ölkələri
tanıyır. Çünki bu həqiqətdir, yalan deyil. ABŞ-ın 10-dan çox ştatı
Xocalı ilə bağlı sənəd qəbul edib. Əgər indi də ABŞ-ın hansısa komitəsi
qondarma erməni soyqırımı ilə bağlı qərar qəbul edibsə də, bu, artıq
onların müsəlman dünyasına baxışlarının təzahürüdür”.
Millət
Vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə ABŞ Senatının
Xarici Əlaqələr Komitəsinin qərarını təxribat olaraq qiymətləndirdi:
“Uzun
illərdən bu yana erməni lobbiləri Amerika ilə yanaşı, dünyanın
ayrı-ayrı ölkələrində qondarma “erməni soyqırımı”nı təqdim etməyə və
olmayan bir şeyi əsaslandırmağa çalışırlar. Bu da növbəti təxribatdır.
 Amerikada güclü erməni lobbisinin mövcudluğu hər kəsə bəllidir. Bu da
ermənilərin ABŞ-da uzun müddətdir aparmış olduğu ardıcıl və israrlı
siyasətin məntiqinə söykənir. Erməni lobbisi Amerikada kifayət qədər
fəaldır. Onlar hətta vaxtilə Azərbaycana qarşı 907-ci düzəlişin ləğv
edilməsində fəallıq göstəriblər. Bu günə qədər də Dağlıq Qarabağ
probleminin həllinə mane olan amillərdən biri də erməni lobbisidir.
Nəzərə alsaq ki, ermənilər gələn il qondarma erməni soyqırımının 100
illiyini keçirməyi planlaşdırırlar, onda bu cür addımlar gözləniləndir.
Ceyms Uorlikin məsələsinə ciddi reaksiya verərək, onun həmsədrlik
vəzifəsindən kənarlaşdırılmasına nail olmalıyıq. Çünki məsələlər bu cür
davam edə bilməz. Həmsədrlik vəzifəsinə başladığı ilk gündən
ermənipərəst mövqeyini ortalığa qoymaqdadır”.
Millət
vəkili Nizami Cəfərov isə bunu rəsmi Vaşinqtonun Türkiyəninin Baş
naziri Ərdoğanın çıxışlarından qıcıqlandığının əlaməti olaraq görür:
“ABŞ
senatının Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı”nı
tanıması haqqında qətnamə qəbul etməsi qondarma soyqırımının yüzilliyi
ərəfəsində ermənilərin ilkin provakasiyasıdır. Türkiyənin baş naziri
Rəcəb Tayyib Ərdoğanın çıxışları rəsmi Vaşinqton tərəfindən
qıcıqlandırdıcı olaraq dəyərləndirib. Şübhəsiz ki, bu addım Türkiyəyə
cavab olaraq atılıb. Halbuki, daha düzgün taktika seçmək olardı. Amerika
siyasətçiləri də çox yaxşı bilirlər ki, “soyqrımı” məsələsi
uydurmadır”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16035

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930