Tağı Əhmədovun “vurulması”nın şok səbəbi

12.04.2014 - 14:40

Keçmiş “metro şefi” baş nazir Artur Rəzizadənin hansı təklifinə qətiyyətlə “yox” deyib?

Keçmiş “metro şefi” baş nazir Artur Rəzizadənin hansı təklifinə qətiyyətlə “yox” deyib?

 

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəzifəsini
itirməsinin səbəbləri ilə bağlı ölkə mətbuatında müxtəlif versiyalar
irəli sürülüb, bununla bağlı bir sıra mülahizələr səsləndirilib.
Fevralın 27-də vəzifəsini itirən metro şefinin özü isə baş verənlərlə
bağlı hər hansı tutarlı açıqlaması ilə yadda qalmayıb. O, “belə məsləhət
oldu”, “mən bu vəzifədə kifayət qədər işləmişəm, daha bəsdi” kimi ümumi
sözlərlə kifayətlənməyə üstünlük verib. Bununla da mətbuat sanki
məsələni “bağlanmış” elan etdi və Tağı Əhmədovun vəzifəsini itirməsinə
gətirib çıxarmış səbəblər qaranlıq olaraq qaldı.

Amma bu günlərdə redaksiyamıza qəzetinə Nazirlər
Kabinetindəki etibarlı mənbədən sızdırılan informasiyada Tağı Əhmədovun
“vurulması”nın şok səbəblərindən bəhs edilir. Qəzetimizi məlumatlandıran
mənbənin sözlərinə görə, metropoliten rəisinin vəzifədən azad olunması
birbaşa onun özündən qaynaqlanan səbəblə bağlı olub: “Uzun müddətdir ki,
Bakı Metropolitenində şəbəkələşmiş ticarətin ləğv edilməsi müzakirə
olunurdu. Bununla bağlı hökumətə verilən təkliflərdə qeyd olunurdu ki,
Bakı Merostansiyalarının giriş-çıxışlarındakı ticarət köşkləri ləğv
olunmalıdır. Çünki belə bir vəziyyət sərnişinlərin narahatlığına səbəb
olmaqla yanaşı, paytaxtın imicinə də ciddi zərbə vurmaqdaydı. Bununla
bağlı dəfələrlə Bakı Metropoliteninin o zamankı rəisi Tağı Əhmədova
tövsiyyələr də verilmişdi, amma o hər dəfə bu kimi təklifləri qətiyyətlə
rədd edərək, belə bir şeyin mümkün olmayacağını qeyd edirdi”. 

Mənbəmiz iddia edir ki, Tağı Əhmədovla metrodakı ticarətin
ləğv edilməsiylə bağlı sonuncu və həlledici danışıq məhz Nazirlər
Kabinetində baş tutub və elə bu görüşdən sonra da onun vəzifədən azad
olunması qərarı qətiləşib: “Baş nazir Artur Rəsizadə Tağı Əhmədovu
Nazirlər kabinetinə dəvət edərək hökumətin metropolitenlə bağlı
təkliflərini onun diqqətinə çatdırıb. Həmin təkliflərin əsas qayəsində
isə buradakı saysız-hesabsız ticarət obyektlərinin ləğv olunması
dayanıb. Amma ənənəsinə sadiq qalaraq Tağı Əhmədov təlifə qarşı çıxaraq
metropolitenin əslində ziyanla işləməsini və bu səbəbdən də müəyyən
xərclərin həmin ticarət obyektlərindən yığılan icarə haqqı ilə
qarşılandığını önə çəkib. Amma həmin görüşdə bu fikrin yanlışlığı
faktlarla Tağı Əhmədova sübut olunub, metropolitenə ayrılan dotasiyanın
və qurumun öz qazancının göstəriciləri onun diqqətinə çatdırılıb.
Beləcə, aydın olub ki, əslində metropoliten heç də Tağı Əhmədovun iddia
etdiyi kimi həmin ticarət köşklərinin hesabına fəaliyyət göstərmir. Buna
baxmayaraq Tağı Əhmədov yenə inadından dönməyərək metrodakı ticarətin
ləğv olunmayacağını bəyan edib”. 

Mənbəmiz bildiri ki, bundan sonra baş nazir Artur Rəsizadə
son durumla bağlı prezidentə məruzə edib və bunun da nəticəsində Tağı
Əhmədovun vəzifəsini itirməsinə səbəb olan sərəncam imzalanıb. Belə ki,
prezident İlham Əliyev fevralın 27-də “Bakı Metropoliteni” Qapalı
Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda
qeyd edilib ki, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti”
Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılsın və yeni QSC-yə
Zaur Mirtofiq oğlu Hüseynov təyin edilsin.

Bununla da Tağı Əhmədovun Bakı Metropolitenindəki
hökmranlığına son qoyulmuş oldu. “Bakı Metropoliteni” QSC-nin yeni rəisi
Zaur Hüseynovun vəzifəyə başlayan kimi metrodakı ticarətin ləğvinə
yönəlik fəaliyyəti isə Tağı Əhmədovun “vurulmasıyla” bağlı daxil olmuş
informasiyanı təsdiqləməkdədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16037

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930