Zakir Nəsirovun oğlunun adı “nömrə qalmaqalında”

12.04.2014 - 18:13

Vətəndaş Seymur Nəsirovla bağlı Ramil Usubova müraciətində nə yazıb?

Vətəndaş Seymur Nəsirovla bağlı Ramil Usubova müraciətində nə yazıb?

Bizimxeber.az olduqca maraqlı muraciət daxil olub. Belə ki, Bakı şəhəri
Nizami rayon sakini Rauf Novruzov daxili işlər naziri Ramil Usubova
müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik:

Cənab nazir, 15.03.2014-cü il tarixdə mənə aid olan 10 CM 700 dövlət
nömrə nişanı Baş Dövlət Yol Polisinin Qeydiyyat İmtahan Şöbəsinin
inspektoru Seymur Nəsirov tərəfindən qanunsuz olaraq başqa şəxsə
verilib. Bu barədə Sizə müraciət etmişdim. Lakin bir aydan sonra mənə
Mübariz Şahbazov tərəfindən cavab məktubu gəlib. Mübariz Şahbazov məni
çağırmadan, heç bir izahat almadan, nömrənin mənə necə məxsus
olmadığını əsaslandırmadan Seymur Nəsirovun qanunsuz əməlinə haqq
qazandırmağa cəhd edib.

Cənab nazir, hesab edirəm ki, bütün bunlar vəzifədən sui-istifadə edib
başqasının əmlakını mənimsəməkdir. Sizdən artıq dərəcədə xahiş edirəm
ki, bu məsələni diqqətdə saxlayasınız. Həmçinin məni qəbul edib
dinləyib, əsl həqiqətədən xəbərdar olmağınızı istəyirəm. Mən məktubumun
Sizə çatmayacağından ehtiyat edərək mətbuat vasitəsilə müraciət etmək
qərarına gəldim”.

Qeyd edək ki, Seymur Nəsirov Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış
İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun oğludur. Z. Nəsirov
hazırda həbsdədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=16041

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728