Şabran rayon rəhbərliyi Qalaltını “işğal” edib
Kurort ərazisində villalar
tikərək baha qiymətə satırlar
Kurort ərazisində villalar
tikərək baha qiymətə satırlar
Şabran rayonunun İcra Hakimiyyətinin başçısı Novruz Novruzovla və
birinci müavini Mehdi Balabəyov tarixi ərazidə villa biznesinə girişiblər;
həmçinin Şabranın icra başçısı rayonun camışçılıq təsərrüfatını da öz şəxsi
təsərrüfatına çevrilib. Şabran rayonunun icra başçısı Novruz Novruzov və
müavini Mehdi Balabəyov məşhur Qalaaltı kurortunun ərazisini özlərinin əsas
biznes yerinə çeviriblər. Şərikli olaraq çalışan dövlət məmurları burda
villalar tikələk baha qiymətə satırlar.
Şabran rayonundan daxil olan məlumata görə rayon icra başçısı şair
Novruz Novruzov və birinci müavini Mehdi Balabəyov villa biznesinə girişiblər.
Daxil olan məlumatda bildirilir ki, icra başçısı ilə müavini hələ Sovet
dönəmində Azərbaycanının əsas kurort zonalarından biri olaraq tanınan Qalaltı
ərazisinin ətrafında çoxlu sayda villalar, kotteclər tiki rvə sonra baha
qiymətə müxtəlif şəxslərə satırlar.
Məlumatda göstərilir ki, icra başçısı Novruz Novruzov ərazidə 40 dan
çox villa stilli evlər tikib. İcra başçısının müavini Mehdi Balabəyov Novruz
Novruzovdan geri qalmır onunda təxminən 20 dən çox villa tipli evi var və bu
evlərin qiyməti 60 min manatdan 150 min manata kimi dəyişir. Bildirilir ki,
Nopvruz Novruzovun Qalaltı ərazisində bir neçə İstirahət Mərkəzi də mövcuddur
və bu İstirahət Mərkəzlərində çoxlu sayda kottteclər var. Bu kotteclərin
gündəlik kirayəsi 80 manatdan başlayır. Məlumatda idda olunur ki, həmin
kotteclərdə menyuda hətta masaj qulluğu belə var.
Qeyd edək ki, Qalaaltı kurortu hələ sovet dönəmində fəaliyyət
gösətərir. Böyük Qafqazın ətəklərində yerləşir. Müalicəvi əhəmiyyətə malik olan
Qalaaltı suyu çıxan bulağın ətrafında “Çıraqqala” uroloji sanatoriyası tikilib.
Burada müalicə olunanlar və sadəcə istirahətə gələnlər qədim Çıraqqala
qalasının xarabalıqları yerləşən dağın zirvəsinə dırmaşır. Həmin zirvədən ətraf
kəndlərə və vadilərə açılan mənzərə adamı valeh edir.
Şabrandakı məlumatlı mənbə onu da qeyd edir ki, Novruz Novruzov
Şabranda topladığı var-dövlətinin bir hissəsini də paytaxt Bakıya və doğulduğu
Lerik rayonuna köçürür. Belə ki, icra başçısı Bakının Badamdar qəsəbəsində
dəyəri milyon manatlarla ölçülən villa inşa etdirib. Həmçinin şəhərin müxtəlif
yerlərində yeni inşa edilən binalarda çoxlu sayda ev alıb.
Mənbə qeyd edir ki, Novruz Novruzov bir vaxtlar rayonun Udulu deyilən
ərazisində yüz hektarlarla torpaq sahələrini icarəyə götürüb qoyunçuluq
təsərrüfatları yaratmışdı. İndi isə icra başçısı kənd təsərrüfatı nazirliyinin
balansında olan Şabran camışçılıq təəsrrüfatının nəzdində olan torpaqlarda
yüzlərlə camış, inək saxlayır. Bildirilir ki, Şabran camışçılıq təsərrüfatının
direktoru bütün işini atıb Novruz Novruzov üçün camış yetişdirir.
Elçin
Short URL: http://www.cumhuriyyet.net/?p=16044