Etibar Pirverdiyevin “qələmi qırıldı”

əsasən, artıq Hesablama Palatası zavodda yoxlamalara start verib.
Yoxlamalara səbəb zavodda baş verən böhran və 2014-cü ildən STP-də
işçilərin əmək haqlarının gecikməsi olub. Bildirilir ki, az miqdarda
maaş almalarına baxmayaraq, işçilərin maaşlarının gecikməsi artıq ciddi
qalmaqal yaradıb. Məlumat verən mənbənin sözlərinə görə, maaşların
gecikməsinə səbəb işçilərin pullarının Etibar Pirverdiyev tərəfindən
şəxsi bankı olduğu iddia edilən “Azəriqazbank”da dövriyyəyə
buraxmasıdır. Mənbənin məlumatına görə, bir neçə gündür ki, STP-də
Hesablama Palatası tərəfindən audit yoxlamaları davam edir. Auditlər
zavodun bütün maliyyə sistemini, gəlir-çıxarlarını araşdırdıqdan sonra
yuxarı dairələrə məlumat veriblər.
Məlumatda iddia olunur ki, Etibar
Pirverdiyevin yerinə “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin sədri
Baba Rzayev gətiriləcək. Artıq bununla razılıq da əldə olunub. Həmçinin,
STP-də çoxlu yeyinti faktlarının üzə çıxdığı, bununla bağlı
maxinasiyaların iştirakçısı olan şəxslərin vəzifələrindən çıxarıldığı
iddia olunur.
Məlumatda o da bildirilir ki, zavodun direktoru Etibar
Piriverdiyevin yaxın qohumlarından biri – xalası oğludur. Qeyd edək ki,
Vergilər Nazirliyi 2012-ci ilin mayında “Sumqayıt texnologiyalar parkı”
(STP) MMC-ni qeydiyyata alıb. Onu “Azenco Group” MMC təsis edib.
Rəsmi
məlumatlarda bildirilir ki, MMC-nin nizamnamə kapitalı 1000 manatdır.
Texnopark rəsmən 2000-ci illərin ortalarından “AzerEnerji” ASC-nin
struktur şöbəsi kimi fəaliyyət göstərib. Onu heç də şəffaf şəkildə
özəlləşdirməyiblər. STP-nin “Azenco”dan ayrılması qərarı səhmdarların
ümumi yığıncağında qəbul edilib. STP ən sürətlə inkişaf edən biznes
strukturlardandır. STP-yə 17 elektroenergetika, maşınqayırma və s.
zavodları daxildir.
Qeyd edək ki, STP-yə ölkə başçısı İlham Əliyev
bir neçə dəfə baş çəkib. Ancaq onu STP və ya Azenco rəhbərləri yox,
“AzərEnerji” prezidenti Etibar Pirverdiyev müşayiət edib. Bu da zavodun
Etibar Pirverdiyevin nəzarətində olduğunu təsdiq edir. Qarşı tərəfin də
mövqeyini dərc etməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=16050