Mursinin qızından şok iddia: “Məhkəməyə gətirilən atam deyil”

13.04.2014 - 18:25

Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin qızı Şeyman sensasiya
sayılacaq açıqlama yayıb. Onun iddiasına görə, atası ilə bağlı məhkəmə
prosesinə gətirilən adam başqdır.
Şeyma Mursi “Facebook”da iki foto
paylaşaraq, “Diqqətli olanlar fərqi görə bilərlər. Qəfəsdə duran
prezident deyil. O kimdir? Prezident haradadır? Ona nə olub?” deyə
suallar ünvanlayıb. Fotoların biri M.Mursi vəzifədə olarkən otağında ,
digəri isə məhkəmə salonunda çəkilib.
Şeymanın iddiası sosial
şəbəkələrdə geniş müzakirə mövzusu olub. Çox adam Mursinin sağ olmadığı
ilə bağlı narahatlığını bildirib.
Anadolu Ajansı müxbirinin
görüşdüyü Mursinin müdafiə heyətinin üzvu, vəkil Məhəmməd ed-Dimati
deyib ki, Mursinin noyabr ayından bu yana təhlükəsizlik səbəbilə ailəsi
ilə görüşdürülmədiyinə görə bu suallar anlayışla qarşılana bilər. “Ən
qısa zamanda Mursinin ailəsi ilə görüşməsi üçün prokurorluqdan icazə
almağa çalışacağıq. Bu onların ən təbii haqqıdır.”- deyə o bildirib.
Misirin rəsmi qurumaları isə məsələ ilə bağlı heç bir açıqlama verməyiblər.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16052

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930