Bakcell Qarabağ Dirçəliş Fonduna 1.4 milyon manat ianə edib

02.02.2021 - 11:52

Bakcell şirkəti Qarabağ Dirçəliş Fonduna 1.4 milyon manat məbləğində vəsait köçürüb. Bakcell şirkətinin daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən bu fonda ümumilikdə ianə edilmiş məbləğ 2 milyon AZN təşkil edib.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradıldı. Fərmana əsasən, Qarabağ Dirçəliş Fondu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Xatırladaq ki, Bakcell şirkəti Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə YAŞAT Fonduna, Silahlı Qüvvələrə Yardım Fonduna, daha əvvəl isə “COVİD-19” ilə mübarizə çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edib.

Bakcell özünün Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində müxtəlif sosial və digər təşəbbüslər vasitəsilə Azərbaycan vətəndaşlarına, xüsusilə də həssas əhali qruplarına dəstək göstərməyə davam edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=160526

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728