“Hazırda Rusiya təcrid edilmiş vəziyyətdədir”
Alyansın rəsmi internet səhifəsində dərc edilən məqaləsində bəyan edib.
“Rusiyanın
NATO-ya və Qərbə qarşı propaqandası sadəcə öz qeyri-qanuni əməllərini
gizlətmək məqsədilə örtülən tüstü pərdəsidir. Bu tüstü yox olur və bizim
qarşımızda əsl həqiqət dayanır – Rusiya Krımı silah gücü ilə, öz
beynəlxalq öhdəliklərini pozmaqla özünə birləşdirib. Hazırda Rusiya
təcrid edilmiş vəziyyətdədir, dünya ictimaiyyətinin ona olan inamı
qırılıb. Bütün bunlar isə Rusiyanın marağında deyil.” – NATO-nun Baş
katibi belə deyib.
Rasmussenin fikrincə, Moskva öz əməllərinə
görə başqalarını təqsirləndirməyə son qoymalı, qoşunlarını geri çəkməli
və öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə başlamalıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=16053