Fətullah Gülən mətbuatı Azərbaycandakı “nurçu” məktəblərindən yazdı

14.04.2014 - 14:31

Fətullah Gülən mətbuatı Azərbaycandakı "nurçu" məktəblərindən yazdı Fətullah Gülən mətbuatı Azərbaycandakı “nurçu” məktəblərindən yazdı 

Fətullah Gülən mətbuatı Azərbaycandakı "nurçu" məktəblərindən yazdı Bakıda  “nurçu”lara qarşı  polisin keçirdiyi əməliyyatdan sonra, Türkiyədə Fətullah Gülənə yaxınlığı ilə seçilən mətbuat  əndişəyə düşüb.
Avropa.info xəbər verir ki, Bakıdakı  “Çağ Öyrətim”ə məxsus məktəblərin bağlanmasından təşvişə düşən Gülənçi mətbuat Azərbaycanda açılan ilk türk məktəblərindən yazı dərc edib. “İlk türk okulunun bu hekayətini bilirsinizmi?” başlıqlı yazını qısa ixtisarla oxuculara təqdim edirik: 
9 noyabr 1989-cu ildə Berlin divarıarının yıxılmasından sonra, Türkiyəni  Gürcüstana bağlayan Sarp sərhəd keçid məntəqəsi və  İqdır Dilucu  sərhədi  də açıldı. Dilucudan  keçərək azərbaycanlı qardaşları ilə əsrlik həsrət aradan qaldıran  türk müəllimlər, xaricdəki  ilk kollecləri də Azərbaycanda açdı.
1992-ci ildə  fəaliyyətə  başlayan  məktəblərin artıq  20 illik bir  tarixi  və minlərcə məzunu var. Sovetlər Birliyinin yenicə yıxıldığı və çökən kommunizimlə  birlikdə  soyuq savaşın geridə qaldığı  o illərdə, əlbəttə həyat asan deyildi. İndi rahatlıqla keçdiyimiz Dilucu sərhədindən o tərəfdə  könüllü müəllimlərə nə gözləyirdi? Sualın cavabını o zaman kimsə bilmirdi, amma könüllülər üçün cavabın önəmi yox idi. Fətullah Gülənin  cami minbərlərindən verdiyi tövsiyələr, qardaş toplumlara əl uzatmaq yönümündə idi.
Öncə 1990-cı ilin martında bir qrup ticarətçi  Naxçıvana getdi. O zamanlar qonaqları  Naxçıvan Ali Məclisinin rəhbəri olan Nazim Əkbərov qarşıladı. Türkiyədən gedən qonaqlara Mustafa Duran rəhbərlik edirdi. Mustafa Duran Nazim  Əkbərova Naxçıvanda bir məktəb açmaq istədiklərini desə də, ilk cəhddən bir nəticə çıxmadı.
1991-ci il Naxçıvan üçün önəmli dönəm idi. Azərbaycanın tanınmış siyasətçisi  Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olmuşdu. Türklərlə ilk təmas qurmuş Nazim Əkbərov da təhsil naziri idi. Bundan sonra  Türkiyədən Məhərrəm Mənəşkə, Mustafa Nuri Atalay,  İbrahim Avci və Üsamə Gül  yenidən  Nazim Əkbərovun  yanına gedirlər. Əkbərov  onların Heydər Əliyevlə görüşünü təşkil edir. Görüş gecə saat 11-də təyin olunur. Türk qonaqlar  Aliyevin otağına girincə, onu  şam işığında və paltosuyla çalışan  vəziyyətdə görürlər. Heyyət məktənb açmaq istəyini bildirirlər. Heydər Əliyev bu istəyi  qəbul edir. Lakin məktəbin açılması üçün göstərilən yeri  bəyənməyərək, yeni bir yer tapılmasını bildirir. Bundan sonra türk heyəti məsləhətləşmək üçün yenidən Türkiyəyə qayıdır.  Bundan sonra Heydər Əliyevlə görüşmək üçün “Zaman” qəzetinin Baş direktoru İlhan  İşbilən Naxçıvana gedir. Bundan sonra, Naxçıvan Türk Litseyinin indiki binası verilir. Eyni zamanda,”Zaman” qəzetinə də büro açmaq üçün yer verilir.
Bundan sonra yazıda, Naxçıvanın o zamankı ağır vəziyyətində, türk litseyinin fəaliyyət göstərdiyi, şagirdlərə keyfiyyətli dərclər keçirildiyi qeyd olunur. Türk müəllimlərin Türkiyədəki normal həyatlarını buraxıb Naxçıvanda çətin dönəmlərdə şagirdlərə dərs verdikləri bildirilir. Hazırda Naxçıvandakı litseyin çox yaxşı vəziyyətdə olduğunu yazan müəllif, bunun yüksələn xətt üzrə davamlı olmasını istədiklərini yazır.
Xaricdəki ilk türk litseyinin Naxçıvanda olduğunu, lakin bunula yanaşı Azərbaycanın başqa ərazilərində də türk məktəblərinin açıldığı qeyd olunur. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Azərbaycandakı türk məktəblərdən və yaxud da media qurumlarından söhbəıt açılarkən, ancaq Fətullah Gülənin nəzarətində olan məktəb və media qurumlarından yazılıb. Məsələn, yazıda bildirilir ki, xaricdə açılan ilk türk hazırlıq kursları Bakıdakı Araz kurslarıdır. Eyni zamanda Türkiyənin xaricdə açdığı ilk türk ali məktəbinin də Qafqaz Unversiteti olduğu qeryd edilir. Azərbaycanda ilk rəsmi şirkətin isə “Zaman”qəzeti olduğu qeyd edilir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16063

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930