Jirinovski: “Azərbaycan Rusiya ilə birləşmək istəyir”

14.04.2014 - 15:35

Jirinovski: “Azərbaycan Rusiya ilə birləşmək istəyir”

LDPR lideri “Exo Moskvı” radiosuna müsahibəsində daha bir qalmaqallı bəyanat səsləndirib
“Rusiyanın heç bir subyekti ölkənin tərkibindən çıxmaq məsələsi qaldırmayıb. Rusiyanın tərkibinə isə nə vaxtsa bizimlə olanların hamısı qatılmaq istəyir. Qırğızıstan da, Daşkənd də, Aşqabad da, Qazaxıstan, Tacikistan, Azərbaycan, Moldova, Gürcüstan, Ermənistan da, hamı. Gürcülər bilirsiniz bizi necə sevirlər? Onların bizim üçün ürəkləri gedir. Bura Monqolustan, Bolqarıstan, Serbiyanı da daxil etmək olar. Onlar da bizimlə birgə olmaq istəyirlər. Bunu LDPR lideri Vladimir Jirinovski “Exo Moskvı” radiosunun efirində Kremlin ambisiyaları haqqında danışarkən deyib. 
Jirinovski həmçinin Ukrayna ilə bağlı planlarından da danışıb. 
O, deyib ki, Ukraynanın cənub şərqi Rusiyaya birləşdirilməlidir. “Bu ərazi Rusiyanın bir hissəsidir. Bura Rusiya İmperiyası, SSRİ-dir. 1991-ci ildə həyata keçirilən əməliyyat tamamilə qanunazidd idi. Ukraynanın bütün cənub-şərqi şəhərləri – Knyaz Potyomkin və Suvorov tərəfindən yaradılıb. Ukraynaya heç bir aidiyyati yoxdur”.
O, müsahibəsində həmçinin Viktor Yanukoviçin Amerika izi, Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun Kiyevə səfəri, referendum haqqında da danışıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=16066

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930