“Qaçqın” idarə müdiri oğluna 160 min manatlıq “Porşe” alıb

15.04.2014 - 11:18

“Qaçqın” idarə müdiri oğluna 160 min manatlıq “Porşe” alıb

Teyyub Nəcəfov Almaniyada müalicə alması üçün isə 100 min manat xərcləyib 
Ağdam Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Teyyub Nəcəfovla bağlı olduqca maraqlı məlumatlar üzə çıxıb. JAM.AZ-a verilən məlumata görə, Su və Meliorasiya ASC-nin işçisi olan sözügedən şəxs bölgənin ən varlıları sırasına daxil olub. 
Dövlət büdcəsindən ayrılan pulları təyinatı üzrə xərcləmədiyi deyilən idarə rəisinin, həmçinin qazandığı pulları özünə və dostlarına sərf etdiyi də vurğulanır. JAM.AZ-a verilən məlumatlarda deyilir ki, T.Nəcəfov bir müddət əvvəl yaxın dostu, Kapital Bankın Ağdam filialının müdiri Şəhriyar Mehdiyevin oğluna ad günü münasibəti ilə 70 min manatlıq maşın hədiyyə edib. Hərçənd filial müdiri həmin maşina 1 ay sonra sataraq, pula çevirib. 
Amma Ağdam Subartezian Quyularının İstismarı İdarəsinin rəisi özünü və oğlunu da yaddan çıxarmayıb. Belə ki, onun oğluna bu yaxınlarda 160 min manata “Porşe” markalı avtomobil aldığı vurğulanır. Həmçinin Teyyub Nəcəfovun ötən il Almaniyada müalicə aldığı və bu məqsədlə isə 100 min manat xərclədiyi bildirilir. 
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Short URL: http://www.cumhuriyyet.net/?p=16072

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930