Türkiyədən “Eurovision”dakı erməni təxribatına ETİRAZ

15.04.2014 - 18:28

Türkiyədən "Eurovision"dakı erməni təxribatına ETİRAZ“Eurovision”da müsiqi notları yarışmalıdır, siyasət yox. Erməni təxribatını qınayır və yarışdan imtina edirik”.“Eurovision”da müsiqi notları yarışmalıdır, siyasət yox. Erməni təxribatını qınayır və yarışdan imtina edirik”.Türkiyədən "Eurovision"dakı erməni təxribatına ETİRAZ

Lent.az-ın məlumatına görə, bunu TRT Bakı təmsilçisi Emrah Timurçin Yazıcı Türkiyənin “Eurovision”a”da iştirakdan imtina etməsi və Ermənistanın bu yarışmada qalib gələcəyi ilə bağlı yayılan xəbərləri dəyərləndirərkən deyib.
Emrah Yazıcı bildirib ki, “Eurovision”” bir musiqi yarışmasıdır. Bu yarışda siyasi məsələlərin yer alması düzgün deyil. “Ermənistan yarışmadan öncə dəfələrlə belə təxribatlara yol verir. Elə biz də TRT olaraq bunu qınayırıq. Və “Eurovision” yarışmasında iştirakdan imtina edirik. Bir daha qeyd edirik ki, bir musiqi yarışının siyasiləşdirilməsi yol verilməzdir.”
Qeyd edək ki, yarışmanın keçirilməsinə bir aydan az bir vaxt qalmış mediada Ermənistan təmsilçisinin qalib gələcəyi ilə bağlı xəbərlər gəzir. Hətta Ermənistan təmsilçisinin klipi yarışmanın rəsmi saytında hədsiz reklam edilir. Ekspertlərin fikrincə, Ermənistan bu yarışda qalib gəlib, 2015-ci ildə qondarma erməni “soyqırımı”nın 100 illiyində yarışa ev sahibliyi edərək bütün dünyanın diqqətini cəlb etmək istəyir

Short URL: http://www.cumhuriyyet.net/?p=16076

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930