Ağcəbədinin “kiçik oliqarxı” necə milyonçu olub?

16.04.2014 - 01:12

Ağcabədi 33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynov icra başçısı ilə əlbir olaraq, oğluna məxsus olan “Ağcabədi Fərid”
MMC vasitəsi ilə dövlətin dövlət vəsaitlərini mənimsəyir. Mənimsənilən
vəsaitlərin yüz min manatlarla olduğu bildirilir.

Ağcabədi rayon
icra başçısı Şahin Məmmədov Ağcabədi şəhərinin bəzi küçələrinin yenidən
asfaltlanması üçün tenderi ortağı 33 saylı Yol İstismar İdarəsinin
müdiri Vidadi Hüseynova verib. Bu barədə Ağcabədi rayonundan pia.az-a
daxil olan məlumata görə Vidadi Hüseynov növbəti dəfə də tenderə oğlunun
adına olan “Ağcabədi Fərid” MMC ilə girib və necə deydərlə Sezarın
təbiri ilə desək, “gəlib, görüb və qalib gəlib”.

Qeyd edək ki,
keçən ildə Ağcabədi şəhərinin mərkəzi küçələrinin asfaltlanmasını məhz
“Ağcabədi Fərid” MMC həyta keçirmişdi. Məlumat verən mənbə bildirir ki,
Vidadi Hüseynov “Ağcabədi Fərid” MMC-nin qazandığı tenderlərin işlərinin
icrasında rəhbərlik etdiyi 33 saylı Ağcabədi Yol İstismar İdarəsinin
işçilərindən və texnikalarından istifadə edir. Yəni faktiki olaraq
Vidadi Hüseynov Azərbaycan qanunvericiliyinə zidd olaraq tabeçilinydə
olan insanları istismar edərək onları həm qanunsuz olaraq çalışdırır,
həm də bu zaman qanunsuz olaraq çalışdırdığı insanların əmək haqqını
dövlət büdcəsinin hesağbına ödəyir.

Bundan başqa idarə müdiri
həmçinin vəzifəsindən sui-istifadə edərək dövlətə məxsus olan texnikanı
oğlunun adına qeydiyyatda olan şirkətin işlərində işlətməklə həm külli
miqdarda qanunsuz gəlir edir, həm də dövlətin texniki vastəiələrini və
yanacağını öz şəxsi işləri üçün çalışdırır. Bildirilir ki, Vidadi
Hüsenovun oğlunun şirkətində işlədikləri üçün 33 saylı Ağcabədi Yol
İstismar İdarəsinin işçiləri dövlətdən ayda 250-300 manat əmək haqqı
alırlar.

Mənbənin iddisına görə hazırda “Ağcabədi Fərid” MMC-yə
satınalmalar üçün vəsaitlər köçürülməsə də Vidadi Hüseynov Ağcabədi
şəhərinin küçələrinin asfaltlanmasını öz şəxsi vəsaiti hesabına həyata
keçiri. Yəni vəsait köçürülən kimi idarə müdiri həmin maliyyəni
nəqdləşdirərək götürəsək. Hazırda Vidadi Hüseynovun asfaltlanma işlərinə
300 min manata yaxın xərc çəkdiyi bildirilir. Mənbə qeyd edir ki,
Vidadi Hüseynovla icra başçısı Şahin Məmmədovla şərikli çalışır və əldə
olunan qanunsuz gəlirlər tam olaraq 50-50-yə bölüşdürülür. Məlumatda o
da vurğulanır ki, Vidadi Hüseynov ətrafındakılara bildirirb ki, icra
başçısı ayrılan vəsaitin yarısını bəri başdan götürür.

Məlumatda o
da xatırladılır ki, Vidadi Hüseynov Ağcabədi rayonunda imkanlı məmurlar
arasında ilk yerləri tutur. İdarə müdirinin dəbdəbəli villası var və
qiyməti yüz min manata olan son model “Lexsus” markalı avtomobil sürür.
Vidadi Hüseynovun oğlu isə qiyməti 120 min manat olan son model “Range
Rover” avtomobilinə və bir neçə başqa bahalı avtomobillərə sahibdir.
Bundan başqa idarə müdirinin Ağcabədi və Bakı şəhərində bir neçə obyekti
və mənzillləri olduğu bildirilir.

Qeyd edək ki,Vidadi Hüseynovun
obyektləri, maşınları, mülkləri ilə bağlı redakiyamıza göndərilən
informasiyanı dəqiqləşdirdikdən sonra növbəti yazımızda oxucularımıza
təqdim edəcəyik.

Short URL: http://www.cumhuriyyet.net/?p=16078

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031