Xızı sakinində küllü miqdarda heroin aşkarlanıb

08.02.2021 - 11:04

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən xəbərə görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Şorabad qəsəbə sakini Fərman Hüseynov saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə keçirilən baxış zamanı, F.Hüseynovdan kağız bükümdə 0.4 qram narkotik maddə olan heroin aşkarlanıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə saxlanılan şəxsə məxsus  qəsəbə ərazisində yerləşən fərdi yaşayış evinə də baxış keçirilib və bu zaman həyətyanı sahədə olan yardımçı tikilidən sellofan torbada çəkisi 600 qram olan heroin aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı F.Hüseynov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

Qeyd olunan faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160808

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930