Lerik İcra Hakimiyyətində qalmaqal: “Sən russan, get köməyi Putindən istə”
16.04.2014 - 12:40
Lerik İcra Hakimiyyətində qalmaqal: “Sən russan, get köməyi Putindən istə”

İcra başçısının müavini Cəlil Baxşıyev Azərbaycan vətəndaşı olan qadını rus olduğuna görə otaqdan qovub
Lerik rayon İcra Hakimiyyətində qalmaqal yaşanıb. JAM.AZ-a verilən məlumata görə, ötən günlərdə qəbul keçirən icra başçısının birinci müavini Cəlil Baxşıyev ona müraciət edən rayon sakini qadını ağır formada acılayaraq, otağından qovub.
Məlumatda deyilir ki, anası rus olan həmin qadın müavindən imkansızlıqdan əziyyət çəkdiyini, problemlərinin həllinə yardımçı olmasını istəyib. Lakin Cəlil Baxşıyev isə cavabında qalmaqala səbəb olan açıqlama verib: “Sənin anan rusdur. Get köməyi Putindən istə”.
Onun bu sözündən sonra qalmaqal baş verib. Rus əsilli Lerik sakini mili mənsubiyyətinə görə, ayrı-seçkiliyə məruz qaldığını və bunu Azərbaycan hakimiyyətinin yerli təmsilçisi tərəfindən edilməsini iqtidarın siyasəti kimi qəbul etdiyini dilə gətirib. O, bununla bağlı Bakıya müraciət edəcəyini bildirib. Məsələdən xəbər tutan icra başçısı Rövşən Bağırov isə baş verənlərə müdaxilə edərək, ortalığı sakitləşdirməyə çalışıb. Lakin cəhdlər alınmayıb.
Verilən məlumatda vurğulanır ki, hazırda Cəlil Baxşıyev məsələnin mətbuatda yayılmamasına çalışır. Eyni zamanda, söhbətin Bakıya qədər gedib çıxmaması üçün təhqir etdiyi qadını razı salmaq istəyir.
Short URL: http://www.cumhuriyyet.net/?p=16081