“Fövqəlnazir”in pambıq biznesində şok isimlər: Lütfü Topal və…
“MKT İstehsalat Kommersiya” MMC arxasında duran gizlinlər
“MKT İstehsalat Kommersiya” MMC arxasında duran gizlinlər
pambıqtəmizləmə zavodunun bu və ya digər şəkildə “MKT İstehsalat
Kommersiya” MMC-yə aidiyyəti var. Şirkətin Bakıda tekstil müəssisəsi və
Sumqayıtda ipılik zavodu var. Holdinqin Gəncə və Mingəçevirdə iplik
emalı üzrə iki dövlət müəssisəsi var. “Azercot”
MMC (nizamnamə kapitalı $11 mln 119.3 min) 3 pambıq zavoduna nəzarət
edirdi. “MKT İstehsalat Kommersiya” MMC (nizamnamə kapitalı 116,6 mln
manat) FHN rəhbəri Kəmaləddin Heydərovun təsi dairəsindədir. Bir
qayda olaraq, inhisar subyektlərinin birləşməsi İqtisadiyyat və Sənaye
Nazirliyinin Antiinhisar qurumu ilə razılaşdırılır. Bu xidmət sonuncu
dəfə 2009-cu ilin yekunu üzrə hesabat verib. Azərbaycanın
pambıq biznesində “CTS-Aqro” “Jecot”, “Samo”, “Legno-İmisli” və s. paya
malikdir. 2014-cü ildə ölkədə 41 min ton pambıq yığılıb. Bu, 2013-cü
ildəkindən 9,7% azdır. Məhsuldarlıq 1 ha-dan 17,9 sentner (-1,4 s/ha)
olub.
pambıqçılıq sahəsində böyük maxinasiyaları ortaya çıxarıb. Öncəliklə onu
deyək ki, bir zamanlar ölkə iqtisadiyyatının neftdən sonra ikinci
aparıcı sahəsi olan pambıqçılıq demək olar ki, tam olaraq Kənd
Təsərrüfatı Nazirliyinin nəzarətindən çıxarılıb. Nazirlik ancaq
pambıqçılıq haqqında statistik rəqəmləri açıqlayır və heç bir halda
pambıq əkininə, becərilməsinə və yığımına nəzarət edə bilmir. Amma
bir zamanla pambığın becəriləməsi və yığılması üçün orta və ali
məktəblər bağlanır, rayonların büdsə və istehsalat müəssisələrinin
işçirləri bu pambığın becərilməsinə və yığımına cəlb olunurdu.
Müstəqillik əldə etdikdən və kolxozlar ləğv olunduqdan sonra sonra
tədricən pambıqçılıq sahəsi tənəzzül yaşamağa başladı. Çünki bu strateji
xammalı yetişdirmək üçün böyük zəhmət və işçi qüvvəsi tələb olunur.
Hazırda
uzun illərdir ki, pambıqçılıq sahəsi MKT İstehsalat Kommersiya MMC-nin
inhisarındadır. Bizim araşdırmamız zamanı məlum oldu ki, ölkədə pambıq
istehsalını öz nəzarəti altında saxlayan MKT İstehsalat Kommersiya MMC
bu sahədə dözülməz şərait yaradıb. Elə ona görə də kəndlilər pambıq
əkməkdən imkanları daxilində qaçmağa çalışırlar. mma əgər bacarsalar…
Bir çox hallarda isə onlar illərlə zorla pambıq əkməyə məhkum olunurlar.
Necə deyərlər bir dəfə pambıq bataqlığına girən kəndli bir daha o
bataqlıqdan çıxa bilmir. Bu barədə ətraflı danışmadan öncə dünən “Turan”
informasiya agentliyi tərəfindən bir neçə il öncə yayılan bir məlumata diqqət yetirək: “Əmlak
Məsələləri Dövlət Komitəsi “Beyləqan-Pambıq” ASC-nin səhmlərinin pul
hərracında satılmamış 30,34% hissəsinin satışı üzrə investisiya
müsabiqəsi elan edib. Oliqarx Kəmaləddin Heydərovun ailəsinə məxsus
şirkət bu metodla qalan 13 pambıq müəssisəsində dövlətin 30% payını
özəlləşdirir. ƏMDK-nin məlumatına görə, müsabiqədə iki iddiaçı iştirak
edib. Əvvəllər olduğu kimi, rəqabət aparan şirkətlərin adı çəkilmir.
Azərbaycanda bu saxta iddiaçıların iştirakı formal xarakter daşıyır və
özəlləşdirmənin nıəticəsi əvvəlcədən bəlli olur: Turan bu müsabiqəinin
nəticəsini ötən ilin dekabrında proqnozlaşdrmışdı. ƏMDK-nin
məlumatında deyilir ki, “Beyləqan-Pambıq” ASC-nin 30,34% səhmlərinə görə
“MKT İstehsalat Kommersiya” dövlət büdcəsinə 40 min manat
köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən 6 ay ərzində 250
000 manat məbləğində investisiya qoyuluşunun yerinə yetirilməsini
öhdəsinə götürüb. Bu vəsaitlər müəssisənin emal sexinin
təkmilləşdirilməsi məqsədi ilə müasir standartlara cavab verən
avadanlıqların alınmasına yönəldiləcək. İnvestisiya fəaliyyəti dövründə
20 yeni iş yerinin açılması da nəzərdə tutulub. Bir neçə il “MKT
İstehsalat və Kommersiya” bu yolla “Sumqayıt Xovlu iplik” ASC-nin 30%
səhmlərini alıb. Sonradan bu səhmlər şirkətin mülkiyyətinə keçib, amma
müəssisə işləməyib. 2008-ci ildən Azərbaycanda pul hərraclarında
satılmayan SC-lərin 30% səhm paketinin satışı üzrə yeni metod tətbiq
edilir. Səhmlər nominalın 100-50% qiymətinə təklif edilir. “MKT
İstehsalat Kommersiya” MMC özəlləşdirdiyi pambıq zavodlarının tərkibində
məhdud məsuliyyətli cəmiyyətlər təşkil edir Onlar öz aralarında xidməti
müqavilələrlə işləyir. SC pambığın emalı üçün ödəniş alır, son məhsulun
sahibi (pambıq lifi, toxum və s.) isə “MKT İstehsalat Kommersiya”
MMC-nin törəmə strukturlarıdır. Bu ödəniş zavodun əməliyyat xərclərinə
güclə çatır. Məsələn, “Beyləqan-Pambıq” ASC-nin nizamnamə kapitalı 840,7
min manatdır. SC-nin 1 oktyabr 2012-ci il üçün öhdəliyi 690 min manat
olub.”
Azərbaycanın pambıqçılıq sahəsini öz nəzarəti altında
saxlayan MKT İstehsalat Kommersiya MMC fermerlərlə pambıq xammalının
əkilməsi ilə əlaqədar müqavilə əsasında işləyir, pambıq əkinini təşkil
edir, pambıq xammalını tədarük edir, onun pambıqtəmizləmə
müəssisələrində emalını həyata keçirir və hazır məhsulun satışını təşkil
edir. Şirkət öz məhsullarının 90%-ni dünyanın müxtəlif ölkələrinə ixrac
edir. “MKT İK” MMC, həmçinin, pambıq xammalının emalı nəticəsində
pambıq mahlıcı tullantıları – ulyuk, lint və tiftik də istehsal edir və
həmin məhsulları daxili və xarici bazarda realizə edir. MMC-nin ixrac
üçün hər il pambıq mahlıcı tullantılarının hər növündən 2000 tona qədər
təchiz etmək imkanı vardır.
Bu barədə MKT İstehsalat Kommersiya
MMC-nin rəsmi səhifəsində bildirilir.qeyri-rəsmi olan isə odur ki, MKT
İstehsalat Kommersiya MMC Azərbaycan kəndlilərini təhkimli vəziyyətdə
çalışdırır və bu sahədən böyük gəlirlər əldə edir. Ölkədə olan pambıq
zavodlarının demək olar ki, hamısını alan MKT məhz pambıq zavodları
vasitəsi ilə öz işlərini həyata keçirir. Əvvəla onu deyək ki, Mərkəzi
Aran rayonlarında bələdiyyələrin bütün məhsuldar və əkinə yaralı
torpaqlarını MKT ələ keçirib. Bələdiyyələrə isə ildə qəpik-quruş olaraq
icarə haqqı ödənilir.
MKT İstehsalat Kommersiya MMC-nin kəndlilərin
başına açıdığı oyunlar isə böyük maxtnasiyaların nəticəsidir. Belə ki,
MKT ilin əvvəlində kəndlilərlə müqavilə imzalayır. Müqaviləyə əsasən MKT
pambıq üçün gərəkən xərcləri qabaqcadan kəndlilərə avans şəklində
ödəyir. Pambıq zavodlarına nağd pul şəklində daxil olan bu avanslar
zavod müdirləri tərəfindən mənimsənilir. Kəndlilərə isə əkin üçün
gərəkən çiyid, neft, dərman pereparatları verilir. Tutaq ki, pambıq
zavodu öz traktorları ilə kəndlinin yerini şumlayır, əkir, və s. Hər bir
xidmət üçün kəndlinin hesabına normal qiymətlərdən daha artıq borc
yazılır. Pambığı isə kəndlidən su qiymətinə alır. Tutaq ki, keçən il 41
qəpikdən alınan pambığı fermerlərin narazılığından sonra 42 qəpiyə
qaldırıblar: Halbuki MKT təmizlənmiş pambığı dünya bazarına 4 manatdan
baha çıxarır. MKT İstehsalat Kommersiya MMC kəndlidən pambığı bu qədər
ucuz qiymətə almasını pambığı çiyiddən təmilədikdən sonra kütlənin 80
faiz azalması ilə izah edir. Amma MKT bu zaman onu söyləməyi unudur ki,
əldə olunan çiyidi Şirvan Yağ Emalı Zavoduna kilosu 40 qəpikdən olaraq
satır. Yəni MKT kəndliyə verdiyi pulu duru yerdən çiyiddən çıxarır.
Amma
bu bu də hələ hamısı deyil. MKT pambığın zibilindən uylux hazırlayıb
fermerlərə baha qiymətə satır. Uylux heyvandarlıqda ən bahalı yem hesab
olunur. 1 ton pambıqdan 350-400 kq təmiz mahlıc alınır. Yəni faktiki
olaraq emal xərclərini çıxsaq belə MKT təkcə xarici bazara çıxardığı
mahlıcdan üç qat artıq gəlir gldə edir. Buna baxmayaraq MKT kəndlidən
pambığı su qiymətindən də ucuz alır.
İşin başqa tərəfi isə odur ki,
kəndli pambığı əkib becərmək üçün cəhənnəm əzabı çəksədə sonucda MKT
İstehsalat Kommersiya MMC-yə borclu qalır. İlin sonunda demək olar ki,
bütün pambıq əkən kəndli təsərrüfatları Pambıq zavodlarına borclu qalır.
MKT isə öz növbəsində borclu qalan kəndliləri məhkəməyə verir.
Məhkəmənin qərarını aldıqdan sonra isə gələn ildə həmin kəndlini borcu
qaytarmaq məqsədi ilə pambıq əkməyə məcbur edir. Yəni kəndli tam olaraq
MKT-nin təhkimlisinə çevrilir. Borcun yaranmasında əsas səbəb isə
pambığın sortunun aşağı salınması vasitəsi ilə yaranır. Pambığın üstünə
azacıq yağış yağdımı, Pambıq zavodları kəndlidən pambığı ikinci sort
olaraq qəbul edir. Yəni 42 qəpiyə aldığı pambığı artıq 35 qəpiyə alır.
Bu isə kəndlinin əməyinin zaya getməsinə və Pambıq zavodlarından asılı
vəziyyətə düşməsinə səbəb olur. Hazırda Azərbaycanda elə kəndli
təsərrüfatları var ki, on ildən artıqdır ki, MKT-yə borcludur və hər il
MKT üçün pambıq əkmək zorundadır.
Qeyd edək ki, MKT İstehsalat
Kommersiya MMC Azərbaycan kəndlisini bu şəkildə açıq istismar edərək hər
il milyonlar qazanır. Bu təşkilatın arxasında duran isimlərdə çox
maraqlıdır. Əldə etdiyimiz məlumata görə MKT-nin açması üç nəfərin
-Mahmud (Məmmədquliyev), Kəmaləddin (Heydərov) və (Ömər Lütfü) Topalın –
adlarının baş hərfidir. Sonradan digər iki şəxs bu biznesdən kənar
durub və “fövqəlnazir” sahibliyini mütləq şəkildə həyata keçirməkdədir.
Short URL: http://www.cumhuriyyet.net/?p=16085