Boris Nemtsov: “Putin Stalin kimi idarə edib Abramoviç kimi kef eləmək istəyir”

17.04.2014 - 12:29

Boris Nemstov “Putin Stalin kimi idarə edib Abramoviç kimi kef eləmək istəyir”

“Putin yüz faiz Stalin deyil, ancaq o, Stalin kimi idarə edib Abramoviç kimi kef eləmək istəyir”.
Virtualaz.org saytı xəbər verir ki, bu sözləri rusiyalı müxalifətçi Boris Nemtsov deyib. Onun fikrincə, Putinin əsas məqsədi hakimiyyəti saxlamaqdır.
“Müxalifətçiləri ona görə həbsə atırlar ki, onlar Putinin hakimiyyətinə qəsd edirlər. Onun əsas məqsədi isə hakimiyyəti saxlamaqdır. Ona görə də kim hakimiyyətə iddia edirsə, qəddar repressiyalara məruz qalır. Kim sadəcə olaraq tənqid edirsə, onu zəhərləyirlər” – deyə Nemtsov bildirib.
Nemtsov deyib ki, Ukraynanın indiki hakimiyyəti ölkənin ərazi bütövlüyünü qoruya bilməyəcək. Çünki hakimiyyət zəifdir, silahlı qüvvələr bərbad gündədir və ölkəni müdafiə etmək iradəsi görünmür.
“Krımdan fərqli olaraq Donetsk Rusiya ilə dostluq etmək istəyir, ancaq  Putinin qanadı altına girmək istəmir. Çünki bilir ki, o, juliklərin və oğruların hakimiyyətidir” – Nemtsov əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=16086

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930