Qələbə intizarlı poeziya
Qarabağlı Səxavət Məmmədova Məhəmmədəli qızı 1977-ci ildə Tərtər şəhəri, Səhləbad kəndində anadan olub. Ata yurdu Ağdam rayonu, Şurabad kəndində yaşayıb. On dörd yaşından da şeir yazmağa başlayan Səxavət xanım 1992-ci ildə öz elindən obasından qaçqın düşüb. Bir körpə xəyalı ilə yazılan şeirlər düşmən əsarətində olan ata yurdunda qalır və şairəyə poetik vergi bir də 2013-cü ildə gəlir.O gündən Qələbə şeirini yazacağını arzulayan Səxavət xanım bu istəyinə çatır. İşğalda olan torpaqlarımız azad oldu. Azərbaycan bütövləşdi. QARABAĞ AZƏRBAYCANDIR!!!! SəxavətMəmmədovanın son şerlərindən birini diqqətinizə çatdırırıq:
TÜRK AZƏRBAYCAN BİR CAN
Üç rəngli bayrağımla Türkün bayrağı qoşa,
Bunu belə yazacaq tariximiz yaddaşa.
Bayrağını ucaltdı, Kəlbəcər,Ağdam, Şuşa.
Vətən bizə anadır qoynuna baş qoyacam,
Axirətim cənnətdir, laylasıyla doyacam,
Ana Vətən döyünən ürəyimiz, canımız,
Ona qurbandı hər an şirin olan canımız,
Zirvədə dalğalansın, üç rəngli bayrağımız.
Dövlətin sərkərdəsi gücü qüvvəti İlham,
Azərbaycanın oğlu qartal güclü Komandan,
Ana harayındadı Xocalı qan yaddaşım,
Döyüşür torpaq üçün igidlərim, qardaşım,
Düşmənə qalmayacaq bircə dənə də daşım.
Alırlar şəhid olan insanların qanını,
Oğullar Vətən üçün şəhid edir canını.
Bayraq vətənin andı, bayraq ucalan adım,
Qarabağım dardadı, göyə çıxıb fəryadım,
Doğma kəndimizə mən həsrətlə baxıb qalım.
Qovuşsaydım Ağdama, sevincdən ağlayardım.
Qapımıza üç rəngli bayrağı baglayardım.
Dərdlərə sinə gərib, dözdük uzun həsrətə,
Ey Allahım bu həsrət sona çatıb tez bitə,
Qurban olum döyüşən əsgərim də qeyrətə,
Qəhrəman adınızla ucaldınız şöhrətə.
Qələbə xəbərini tez verin Səxavətə…
Short URL: http://www.cumhuriyyet.net/?p=160868