“Hökumət gənclərlə açıq savaş aparır”

18.04.2014 - 10:40

“Hökumət gənclərlə açıq savaş aparır”

Əli Kərimli NİDA-çılara ağır cəza istənilməsinə münasibət bildirdi
“Çox təəssüf edirəm ki, Azərbaycan hökuməti özünün qabiliyyətli, əqidəli, vətənini sevən gəncləri ilə açıq savaş aparır. Həmin gənclər heç bir cinayət törətməyiblər. Hökumətin nəzərində onların yeganə cinayəti ölkədə ciddi demokratik dəyişiklikləri arzulamaları, bu məqsədlə öz həmyaşıdlarını ölkənin ictimai-siyasi həyatında fəal iştiraka cəlb etmələri olub”.
Bunu AXCP sədri Əli Kərimli aprelin 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət ittihamçısının NİDA-çı gənclərə 6 ay yarımdan 8 il yarıma qədər cəza istəmələrinə münasibət bildirərkən deyib.
Əli Kərimli deyir ki, bu, Azərbaycan hökumətinin dünyada baş verənlərdən yanlış nəticə çıxardığının göstəricisidir: “Hər il dünyada xalq etirazlarının təzyiqi altına bir neçə avtoritar, diktatura rejimləri çökür. Hər dəfə sübut olunur ki, dünyada bütün xalqlar, millətlər demokratiya, azadlıq istəyirlər. Heç bir diktaturanın və avtoritar rejimin də perspektivi yoxdur. Azərbaycan hökuməti dünyada baş verənlərdən o nəticəni çıxarmaq əvəzinə ki, onsuz da demokratik dəyişikliklər qarşısıalınmazdır, ölkədə dəyişikliklərin yolunu açmaq lazımdır, əksinə hər dəfə dəyişikliklərdən sonra belə qənaətə gəlirlər ki, daha da sərt rejim yaratmaq lazımdır. Başqa cür düşünənlər, müstəqil, azad düşüncə sahiblərinə qarşı repressiyalar daha da artırılmalıdır. Ona görə də xüsusən son 1 ildə Azərbaycanda həm həbslərin sayı artıb, həm də həbs olunanlara olduqca sərt, uzunmüddətli cəzalar verilir. Bu, rejimin qəddarlaşdığını, baş verənlərdən heç də nəticə çıxarmadığını göstərir. Onu göstərir ki, vətəndaşları ilə qarşıdurmaya getməkdə qərarlıdır”
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16092

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930