“Azərbaycanda satılan dərmanların 30-35 faizi saxtadır”
2014-cü ilin üç ayında Azərbaycanda dərmandan 70 nəfər zəhərlənib.
apardığı araşdırma zamanı məlum olub ki, zəhərlənənlərin 49 nəfəri
qadın, 20-si kişi, 11-i uşaqdır. Həmin müddətdə dərmandan zəhərlənən 3
kişi və 1 qadın dünyasını dəyişiblər.
zəhərlənmələrinin qarşısının alınması üçün monitorinqlər necə təşkil
olunur? Saxta dərman dövriyyəsi Azərbaycanda hansı səviyyədədir?
suallarını cavablandıran Milli Məclisin Sosial siyasət komitəsinin sədr
müavini Musa Quliyevin fikrincə, əksər dərman zəhərlənmələri intihar
məqsədilə qəbul nəticəsində baş verir:
görə Azərbaycana qanunsuz yəni, qeydiyyatdan keçməmiş dərmanların
gətirilməsi qadağandır. Bildiyimə görə bu müddəaya kifayət qədər əməl
olunur. Bazardakı dərmanların beş-altı faizi qeydiyyatdan keçməyə bilər.
Amma qeydiyyatdan keçən dərmanların hamısı gələndə onlardan nümunələr
götürülür, analiz olunur. Ondan sonra aptek şəbəkələrinə buraxılır.
Dərmandan zəhərlənmə müxtəlif səbəbdən ola bilər: Aptekdə dərmanların
saxlanılma şəraitinə uyğun normativlər pozular, dərmanın müddəti keçmiş
olar, dərmanı işlədən vətəndaşlar onu həkim təlimatına uyğun olmayan
şəkildə işlədə bilər, yəni dozasını lazım olan qədər və ya uyğun
seçməzlər, dərman onunla ziddiyyət təşkil edən başqa dərmanla bir yerdə
qəbul oluna bilər. Zəhərlənmə intihar məqsədi ilə içilən dərmanlardan da
ola bilir. Toksikoloji mərkəzə düşən dərman zəhərlənməsi olan
xəstələrin böyük faizi özləri qəsdən yəni, intihar məqsədilə dərman
içənlərdir. Bu, statistikadır. Amma bütövlükdə Azərbaycanda dərman
maddələrindən zəhərlənmə halları, yaxud fərdin pisləşməsi hallarının
artması barədə məndə məlumat yoxdur”.
İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə,
Azərbaycanda 30-35 faiz saxta dərman dövriyyəsi var: “Həftədə 2-3 dəfə
bizə zəhərlənmə yox, dərmanın keyfiyyətsizliyi ilə bağlı, qeydiyyatdan
keçib-keçməməsi, qalaqramının olub-olmaması xarakterli telefon zəngi
gəlir. İnsanın dərmandan zəhərləndiyini müəyyən eləmək asan məsələ deyil
və bunun diaqnozunu qoymaq çox çətindir. Ümumiyyətlə, Azərbaycanda
kütləvi istehsal malları ilə zəhərlənmələrin qeydiyyatı çox cidd-cəhdlə
gizlədilir. Çünki bütün mallara Səhiyyə Nazirliyi “hər şey yaxşıdır” və
buna bənzər gigiyenik sertifikat verir. Bunu müəyyənləşdirmək əsas
məsələ deyil. Dövlət orqanlarının verdiyi sertifikatı təkzib edən
müstəqil laboratoriyalar yoxdur. Lakin onu deyə bilərəm ki, Səhiyyə
Nazirliyi bu işlə ciddi məşğul olur, qarşısını almaq istəyir. Bu da
istisna olunmur ki, Azərbaycanda ən azı 30-35 faiz saxta dərman
dövriyyəsi var. Bütün dünyada isə bu göstərici 50-60 faizə qədərdir,
Azərbaycanda da istisna olunmur. Biz dərman zəhərlənməsi ilə bağlı
halların monitorinqini aparıb müəyyən edə bilmərik. Bu, çətin
məsələdir”.
xidmətinin rəhbəri Anar Qədirlinin fikrincə, zəhərlənmələrin, hamısı
dərmanların keyfiyyəti ilə bağlı deyil:
nəticəsi göstərir ki, zəhərlənmə ya sui-qəsd halı, ya da dərmanların
həkimin nəzarəti olmadan qəbul edilməsi ilə bağlı olur. Təyinatsız,
yaxud evdə saxlayıb vaxtı keçəndən sonra qəbul edirlər. Keyfiyyətsiz mal
respublikaya buraxılmır. Biz apteklərdə də monitorinqlər aparırıq.
Qeydiyyatdan keçməyən dərmanın apteklərə buraxılması baş verir. Onu
monitorinq nəticəsində müəyyən edir, tədbir görürük. Bu səbəbdən
ildən-ilə belə faktların sayı azalır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=16097